İqtisadiyyat, ZZ-Manşet

“OPEC qiymətin 50-55 dollar olması üçün səfərbər olunacaq”

opecOPEC 2017-ci ildə neftin qiymətlərin minimum 50-55 dollar olması üçün səfərbər olunacaq.

Bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa deyib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, nazir: “OPEC ölkələri və Rusiya İstanbulda keçiriləcək Beynəlxalq Enerji Konqresində görüş keçirəcək. Görüşdə hasilatın məhdudlaşdırılması ilə bağlı danışıqlar aparılacaq. İstisna olunmur ki, OPEC hasilatı Əlcəzairdə əldə etdiyi razılaşmada qeyd edilən göstəricidən 1% az azaltsın”, – deyə qeyd edib.

Xatırladaq ki, Əlcəzairdə keçirilən görüşdə OPEC üzvləri sutkalıq neft hasilatının 32,5 – 33 mln. barrel səviyyəsində məhdudlaşdırılması ilə bağlı qeyri-formal razılıq əldə edib. Beləliklə, bazardan sutkalıq 740 min barrel neftin çıxarılacağı ehtimal olunur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.