Aktual

Oynamağa yeri olmayanlar

Elvin Abbasov:

Bizdə şərait olmadığına görə oynaya bilmirik. 136 nörməli məktəbin yanında stadion var.  Müdirdən icazə alırıq, saat qoyur bizə, gedib oynayırıq.

Binə qəsəbəsində yaşayan 11 yaşlı Elvin evlərinin qarşısında oynamağa yerinin olmamasından şikayətlənir.

22 yaşlı Türkan Rüstəmov isə deyir ki, balaca bacı-qardaşını gəzdirməyə  qəsəbədə yer olamadığına görə şəhərə getmək məcburiyyətində qalırlar.

Qəsəbənin uşaqları həyətdə oyun oynayırlar

Türkan Rüstəmova:

Həyətə düşürlər, həyətdəki toz-topağın içində, zir-zibilin içində. Oynamağa heç yerləri də yoxdur. Parka aparacağsan, aparırsan ya Nərmanova, ya aparacağsan Bulvara. Onudakı hər adamın imkanı çatmır onu eləməyə. Nəinki həyətdə heç Binədə oynamağa yer yoxdur.

Uşaq psixoloqu Ülkər Sadıqovanın fikirincə, oyun sahələrinin olmaması uşaqların öz yaşıdları ilə ünsiyyət qurmamasına və özünə qapanmaya gətirib çıxarır.

Ülkər Sadıqova:

Bu sahələrin olmamağı birinci növbədə nəyə gətirib çıxarır?! Uşağların sosial aləmdə ünsiyyət qurma bacarığının itməsinə. Yəni uşağa deyirsən: “düş həyətə, oyna”, istəmir. O, kompüterin qabağından ya televiziyanın qabağından ayrılmaq da istəmir. Sahələr yaradılsın, yenidən uşaqlarda maraq yaradılsın oyunlara ki, uşağlar oyunlarla çıxsınlar, ünsiyyət qursunlar.

Uşaq Hüquqlarının Qorunması Üzrə Azərbaycan QHT alyansının rəhbəri Nazir Quliyev isə deyir ki, uşaqların oyun sahələrinin zəbt edilməsi yol verilməzdir.

Nazir Quliyev:

Azərbaycanda uşaqların asudə vaxtının təşkili üçün oyun meydançaları olması  çox vacibdir. Çox təəssüf ki, son illər Azərbaycanda uşaqlara məxsus oyun meydançaları zəbt olunub. Yeni tikilən binalar tərəfindən, müxtəlif iaşə obyektləri tərəfindən, ticarət mərkəzləri tərəfindən. Azərbaycan qanunvericiliyinə əsasən uşaqlara məxsus oyun ərazilərinin başlıca məqsədlər üçün istifadə olunması qadağandır.

Məsələ ilə bağlı səsinin efirə getməsini istəməyən Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdürü Gülbala Qurbanov Binə qəsəbəsində uşaqlar üçün istirahət yerinin nəzərdə tutulduğunu, lakin nə vaxt və harada olacağı barəsində hər hansı dəqiq məlumatının olmadığını dedi.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.