Texnologiya, ZZ-Manşet

“Philips” şirkəti səkkiznüvəli planşetofon hazırlayır

philips-i928“Philips” şirkəti “I928” adlı yeni planşetofon nümayiş etdirib. Aparatın əsas üstünlüyü “IPS” matrisə əsaslanan və Full HD təsvir ölçüsünü dəstəkləyən 6 düymlük ekran olmalığıdır.
 
GSR.fm-in “ICTnews” elektron xəbər xidmətinə istinadən verdiyi xəbərə görə, aparat 1,7 QHs takt tezlikli “MediaTek MT6592H” prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaş, 13 və 5 meqapiksellik kameralar (əsas kamera ikiqat işıq diodu işıqlandırıcısına malikdir), standart simsiz rabitə modulları dəsti, 3000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bu halda aparatın qalınlığı 7,9 mm təşkil edir.
 
İki SİM kart dəstəkləyən aparat “Android 4.4” əməliyyat sistemi ilə işləyir və iyulda satışa çıxarılacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.