Aktual

“Piyada vaxtı” – piyadalar üçün yeni layihə

İlqar Mirzə:

–          Vətəndaşlar yollarda qarşılaşdıqları müxtəlif problemləri sms və sosial şəbəkələr vasitəsilə bu sayta ötürə biləcəklər. Və saytda yerləşən xəritə üzərində bütün bu məlumatlar əks olunacaq. Məlumatlar həm media, həm də bu işlərə məsul olan dövlət qurumları və qht-lər üçün faydalı bir mənbə rolu oynayacaq.

Bu sözləri “Piyada vaxtı” onlayn platforma layihəsinin kordinatoru İlqar Mirzə layihənin təqdimat mərasimində söyləyib.

Noyabrın 29-undan fəaliyyətə başlayan “Piyada vaxtı” layihəsinin məqsədi paytaxt sakinlərinin qarşılaşdıqları piyada xəttləri, piyada keçidləri, piyada işıqforlarları kimi problemləri  ictimaiyyətin, medianın və əlaqədar qurumların diqqətinə çatdırmaq üçün onlayn platforma qurmaqdır.

Təşkilatçıların bildirdiklərinə görə “Vətəndaşlar istənilən vaxt https://piyada.gsr.fm saytına daxil olaraq və ya  070 497 30 13 mobil nömrəsinə SMS və MMS yollayaraq  piyadaların təhlükəsiz hərəkətinə mane olan məlumatları, həmçinin, foto və videoları platformaya  göndərə bilərlər.

Piyadalar, eyni zamanda Twitter və Facebook  vasitəsi ilə də məlumatları bazaya ötürmək imkanına sahibdirlər.

Bunun üçün məlumatları layihənin twitter (https://twitter.com/PiyadaVaxti) və facebook səhifəsidə (https://www.facebook.com/PiyadaVaxti) paylaşmalıdırlar.

İlqar Mirzə onu da bildirib ki, saytın nəzarətçisi tərəfindən yoxlanılan məlumatlar xəritə üzərində öz yerini tutacaq. Həmçinin, platformada vətəndaşların müraciətlərindən sonra həll olunmuş problemlərin bazasına tapmaq mümkün olacaq.

“Piyada vaxtı” layihəsinin yol təhlükəsiziyinin təmin olunmasında böyük rol oynayacağını  bildirən Yol Təhlükəsizliyi Koalisyasının rəhbəri Nazir Quliyev isə layihənin əhəmiyyətindən danışıb. O, təmsil etdiyi koalisyanın sözü gedən layihə ilə əməkdaşlığa daim hazır olduğunu da bildirib.

Nazir Quliyev:

–          Burda əsas məqam odur ki, insanların öz iştirakçılığı var. Yəni biz adətən gözləmişik ki, hansısa televiziya gələcək, çəkəcək! Hansısa dövlət orqanları nə zamansa deyəcək ki, burda keçid olmalıdır və s. Amma bu layihə vətəndaşların öz iştirakçılığını önə çəkir. Və hər bir vətəndaş əgər evindən çıxıbsa, piyada keçidi yoxdursa, işıqfor düzgün işləmirsə hərhal bu sayt vasitəsilə gündəmə gətirə bilər.

Qeyd edək ki, “Piyada vaxtı” layihəsi  İnformasiya Texnologiyalari, İnternet və Media(İTİM) təşkilatı tərəfindən İREX-Azərbaycan təşkilatının maliyyə dəstəyi ilə icra olunur.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.