Aktual

Plastik əməliyyat zamanı müqaviləyə ehtiyac varmı?

Rahibə Quliyeva:

– Məndə nəfəs almağımla bağlı problemlərim var idi. Çəpər əyriliyi var idi. Həm beynimə oksigen getmirdi, həm də gecə yatarkən xorultular olurdu. Ona görə də plastik əməliyyata üz tutdum.

Bu sözləri deyən 22 yaşlı Rahibə Quliyeva  burnunu “Kəndçilər” xəstəxanası adlanan 4 saylı Fuad Əfəndiyev adına şəhər klinik xəstəxanasında əməliyyat etdirib.

Rahibə xanım əməliyyatdan öncə həkim və xəstəxana ilə müqavilə imzalamadan yalnız izahat yazaraq, əməliyyata öz razılığı ilə icazə verdiyini bildirir.

Rahibə Quliyeva:

4 nömrəli xəstəxanaya müraciət elədim. Dövlət xəstəxanasıdır. Ağzımdan izahat aldılar ki, əməliyyat zamanı bir problem olsa bizlik deyil. Yəni ki, özüm məsuliyət daşıyıram və əməliyyata özüm razılıq verirəm. Bunu yazdım imza atdım.

Əməliyyatdan sonra qan axmasının dayanmadığını söyləyən Rahibə xanım yenidən əməliyyat olmaq məcburiyyətində qalıb. Bu dəfə isə o, dövlətə yox özəl xəstəxanaya müraciət edib.

Adı çəkilən xəstəxananın LOR şöbəsinin həkimi Mehman Vahabov son günlərdə plastik əməliyyat üçün onlara müraciət edənlərin sayının artdığını bildirir. Həkim əməliyyatdan öncə xəstələrlə müqavilə bağlamadıqlarını və dövlət xəstəxanası olduğu üçün buna ehtiyac olmadığını düşünür.

Mehman Vahabov:

– Xeyr heç bir müqavilə bağlanılmır, dövlət xəstəxanası olduğu üçün. Bizdə müqavilə yox əməliyyatdan qabağ xəstəyə hər şey başa salınır. Əməliyyatdan sonrakı problemlər. Müqaviləyə ehtiyac olmur. Dövlət kilinikasında ehtiyac yoxdur buna. Problemlər də özümüz tərəfindən aradan qaldırılır. Cərrahiyyə əməliyyatdan sonra əsas bizdə nə ola bilər? Qanaxmalar ola bilər təbiki. Müxtəlif üsullar var. O üsullardan istifadə edərək həmən o qanaxmanaları aradan götürürük.

Amma məlum olur ki, müqavilə olmasa da, əməliyyat olan şəxs mütləq razılıq nizamnaməsi imzalamalıdır. 


Mehman Vahabov:
-Hə, izahat verir ki, yəni cərahiyyə əməliyyata özüm gedirəm. Cərahiyyə əməliyyata öz razılığımla gedirəm. Sadəcə olaraq bu imzalanır. Öz razılığı alınır ki, yəni ki, cərahiyyə əməliyyatına mən özüm gedirəm.

“Əməliyyatdan öncə əməliyyatın fəsadları xəstəyə başa salınır. Xəstə bunları bildikdən sonra razılıq verir. Bu bəs eləyir” bu sözləri bizə Qələndərli klinikasının plastik həkimi Vaqif Qələndərli deyir. Həkim  əməliyyatdan öncə mütləq şəkildə xəstə ilə müqavilə imzaladıqlarını qeyd edir.

Vaqif Qələndərli :

– Bütün cərrahiyyə əməliyyatlarında bütün dünyada olduğu kimi bütün xəstələrlə müqavilə bağlanılır. Yəni bu xəstə əməliyyata girir və əməliyyatdan sonrakı fəsədları haqqında bütün xəstələrin müqaviləsi olur. Bu dünya standartlarında da belədir, olmalıdır. Həkim pasiyenti əməliyyat elədiyi zaman mütləq məsələn əməliyyatında cuzi bir problem çıxırsa həkim onu düzəldir yəni. O, istəməz ki, elə qalsın.

Özəl klinikalardan biri olan Medical Plazanın plastik həkimi Araz Salmanov  da əməliyyatdan öncə  xəstələrlə müqavilə bağladıqlarını deyir. Onun sözlərinə görə, müqavilədə əməliyyatda xəstənin başına gələ biləcək fəsadlarla yanaşı əməliyyatdan sonra müalicəsi və müayinəsi qeyd olunur. Həkim onu da qeyd edir ki, xəstəxana heç vaxt xəstəsini atmır. Bir problem olduğu təqdirdə biz o xəstələrin həm yaxşısına həm pisinə cavabdehik.

 Araz Salmanov:

– Müqavilənin bəndləri əməliyyatlara görə dəyişir. Müqaviləni xəstəxana hazırlayır və xəstəxanada sırf bu müqavilənin bəndlənin tək-tək xəstələrə oxudub imzaladan bizim persanalımız var. Xəstəyə hansı əməliyyat planlaşdırılır, nə olunacaq, bu əməliyyatdan hansı risklər gözlənilir, hansı fəsadlar gözlənilir, müsbət mənada nə ola bilər, mənfi mənada nə ola bilər? Bunlar mütləq yazılır. Xəstə bunu qəbul etdiyi təqdirdə müqaviləni imzalayır və əməliyyata başlanılır.

Hüquqsünas  İradə Cavadova  Azərbaycanda  daha çox bu tip müqavilələrin həkimləri sığortalığı fikrindədir. Məsələnin həlli yolunu şablon müqavilələrin hazırlanmasında görən hüquqşünas deyir ki, əməliyyat zamanı pasiyentlə həkim və ya xəstəxana arasında müqavilə bağlanmalıdır və bu müqavilədə hər iki tərəfin daşıdığı məsuliyyət ətraflı şəkildə öz əksini tapmalıdır.

İradə Cavadova:

– Və deyirlər ki, bir dənə bura elə-belə formaldı bu qol çək. O formal olaraq qol çəkir. O ona qol çəkməsə, heç vaxt onu əməliyyat etməz. Pasiyent onu bir dəfə oxumur ki, görüm bax həkim niyə belə qorxur ki, mən bu anlaşmaya imza atmasam o məni niyə əməliyyata aparmır?! Demək burda nəsə problem var. Adətən bu həkimi daha çox sığortalıyır. Amma əslində bu hər iki tərəfli müqavilə olmalıdır. Faktiki olaraq bizdə bağlanan müqavilələr bir tərəflidir.

Hüquqşünasın həmçinin onu da qeyd edir ki, sözü gedən məsələyə “Pasiyentlərin Hüquqlarını Qorunması haqqında” qanunda da yer ayrılmalıdır.

Qeyd edək ki, millət vəkilli Musa Quliyevin bu ilin may ayında radiomuza verdiyi müsahibəyə görə hazırda Milli Məclisdə “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilir. Sözü gedən layihə qəbul edilərsə  xəstəyə düzgün diaqnoz qoya bilməyən və müalicəsində səhlənkarlıq göstərən həkimlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Öncəki xəbərNövbəti xəbər

10 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: vagragenericaar.org
  3. Geri izləmə: generic albuterol inhaler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.