Sosial, ZZ-Manşet

Prezident Sloveniya və Xorvatiya prezidentlərini təbrik edib

ilham-aliyevAzərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Borut Pahora təbrik məktubu ünvanlayıb.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir: “Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına daim sülh və rifah arzulayıram”.

Dövlət başçısı, həmçinin Xorvatiya Prezidenti İvo Yosipoviçi təbrik edib: “Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində atdığımız addımlar bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.