Aktual

Qanundan xəbərsiz spirtli içki şirkətləri

Təəssüflər olsun ki, Reklam Agentliklərinin bir çoxu bu qadağadan xəbərsizdirlər. Sifarişçi kimi zəng etdiyimiz reklam şirkətinin nümayəndəsi sualımıza belə cavab verdi:

– Bu pivə bilbordu olacaq.Onun yerləşdirilməsində problem yoxdur?

– Problem yoxdur, sadəcə üstünə əlavə məbləğ gələcək.

– Nə qədər?

-Bilbordun uzərinə 270 manat. Bizə ödəniş olunur. Bizdə hər ay departamentə hesabat veririk.

Hazırda mən Nizami metrosu yaxınlığında – Salatın Əsgərova küçəsi ilə Zivərbəy Əhmədbəyov küçəsinin kəsişdiyi yerdə – 18 nömrəli məktəbin yanındayam.Yeni dərs ilində yüzlərlə şagird məhz bu yolla məktəbə gedəcək. Təxminən 100 metr aralıda Efes pivəsinin böyük  ölçülü  reklam lövhəsi – bilbordu yerləşir. Həmin reklam lövhəsi burdan aydın görünür.

Efesin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Günel İsakova həmin reklam bilbordunun məktəb yaxınlığında yerləşdiyindən xəbərsiz olduğunu bildirir:

– Günel İsakova :

Mən orda məktəbin olduğunu bilmirdim. O tərəflərdə məktəb görməmişəm. Heç eşitməmişəm ki, orada məktəb var.

Günel xanım bildirir ki, Efes pivələrinin reklam işləri ilə Maccen Erickson reklam agentliyi məşğul olur. Dərhal məsələ ilə bağlı həmin şirkətlə əlaqə saxladıq. Şirkətin meneceri Elşad bəyin dediyinə görə reklam yeri əlverişli olmasa onu heç bir reklam sifarişçisi götürməz.

– Elşad Bəy:

Bəs necə olmalıdır? Bağlı olmalıdır? Bağlı olsa onu heç bir reklam sifarişçisi götürməz. Məktəbdən çıxan şagird onu rahat görə bilməz. Çünki o , yola çıxmalıdır və orda da maşın yoludur. Səki ilə getsə ağaclar var.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Reklam departamentinin mövqeyini öyrənmək istəsək də cəhdlərimiz nəticəsiz qaldı.

Bu tipli faktlar göstərir ki, təhsil müəssisələrinin və digər qanunla məhdudlaşdırılan obyektlərin də qarşısında belə reklam lövhələrinin olması istisna deyil.

Reklam üzrə ekspert Emil Quluzadə spirtıi içkilərin reklamını tənzimləyən qanunun dəyişdirilərək şərtlərin daha da sərtləşdirilməsinin və bu tipli reklamların qadağan olunmasının tərəfdarıdır.

– Emil Quluzadə:

Mənim fikrimcə alkaqol içkilərin çöl reklamını, metro reklamını qanunda varsa dəyişiklik edib, qadağan etmək lazımdı. Çünki bu məhsullar istər pivə olsun, istər daha ağır içkilər olsun onların müəyyən hədəf auditoriyası var. Bir çoxunun satışı 18 yaşından aşağı uşaqlara və yeniyetmələrə qadağandır. Satış qadağası var, reklam qadağası yoxdur. Satış qadağası da işləmir. Reklam satışı təşviq edən bir yoldur. Mənim fikrimcə onun reklamı da qadağan olunmalıdır.

Bəzi şirkətlər və şəxslər kommersiya maraqlarına görə istehlakçıların hüquqlarının pozulmasına yol verirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyir.

– Eyyub Hüseynov:

Azərbaycanda olan reklamlar vasitəsi ilə istehlakçının aldadılması, qanunların pozulması geniş yayılıb. Sizin dediyiniz misal bir daha onu göstərir ki, pul qazanmaq istəyi insanların hüququndan və qanunun aliliyindən daha önə gedibdir.

Məsələnin əhəmiyyətini nəzərə alıb, diqqətdə saxlayacağıq.

 Müəllif: Alim Elbrus

Öncəki xəbərNövbəti xəbər

15 şərh

  1. Geri izləmə: doctor7online.com
  2. Geri izləmə: viagra online no script
  3. Geri izləmə: best prices on cialis

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.