Texnologiya, ZZ-Manşet

“Qarabağ” FK tətbiqetməsi yaradılıb

qarabaghBu gündən etibarən “Qarabağ” haqqında məlumat əldə etmək çox rahat olacaq. Azərbaycan klubları arasında ilk dəfə olaraq “Qarabağ” FK klubuna məxsus tətbiqetmə (application) ictimayyətin diqqətinə təqdim olunur.

GSR.fm Qarabagh.com-a istinadən xəbər veri ki, artıq tam yeni, rəngarəng və istifadəyə rahat “Qarabağ” FK tətbiqetməsini yükləyərək komandamız haqqında məlumatları rahatlıqla əldə edəcəksiniz.

Tətbiqetmə klubun rəsmi saytının bütün informasiyasını özündə daşımaqla yanaşı bir sıra funksiyaları ilə də istifadəçilərə əlverişli imkanlar yaradacaq.

Sevimli komandamızın oyunu olduğu zaman gələn bildirişlər, daimi yeniliklərlə bağlı xəbərdarlıqlarla komandamıza daha yaxın olacaqsınız.

Rəngərəng fotoqalereyalar, videolar, xəbərlər və başqa xüsusiyyətlərlə “Qarabağ” FK tətbiqetməsində görə bilərsiniz.

Artıq “Qarabağ” FK haqqında hər şey bir toxunuşunuz qədər yaxınınızda olacaq.

“Qarabağ” tətbiqetməsi həm İOS, həm də Android platformalı mobil cihazlar üçündür. Hər 2 sistemin PLAYSTORE tətbiqetmə mağazasında Qarabağ(g)(gh) axtarış verməklə tətbiqetməni rahatlıqla,heç bir ödəniş etmədən telefonunuza yükləyə bilərsiniz.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.