Müsahibə, ZZ-Manşet

“Qarabağın qələbə qazanacağı gözlənilirdi”

qarabag

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. “Qarabağ” da ilk oyununa çıxıb. Ardıcıl üçüncü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, daha aşağı səviyyəli turnirdə mübarizə edən Ağdam klubu Çexiya təmsilçisi “Slovan”ı qəbul edir. Görüş qonaqların qolu ilə başlayıb. Matçın hələ 10-cu saniyəsində Yan Sikora hesabı açıb. Şokdan tez ayılan çempionumuza bərabərlik üçün 6 dəqiq

 Bu barədə GSR.fm – ə müsahibə verən idman şərhçisi Rövşən Binnətli bildirib ki, turnirlərdə qazanılan hər birin xalın əhəmiyyəti var:

“Qarabağ 3-cü dəfədir ki, Avropa Liqasanın qrup mərhələsinə vəsiqə qazanır. Bu ilki püşk atmadan sonra qrupda elə komandalar Qarabağa rəqib oldu ki, azərkeşlər Qarabağın qrup mərhələsini dəf edə biləcəyini, yəni qrupdan çıxa biləcəyini düşündü. Çünki Qarabağ Çexiyanın çempionu ilə  iki görüşdə yüksək səviyyəli oyun nümayiş elətdirdi. Xüsusilə Bakıdakı oyunda rəqib üzərində böyük üstünlük qazandı. Ancaq evdə buraxılan qolun hesabına o, çempionlar liqasının pley ofuna düşmədi. Yenidən avropa liqasına gəldi və azərkeşlər də belə düşündü ki, ölkənin çempionu ilə bu səviyyədə oynuyursa, onun üçüncü komandası ilə daha yaxsı oynayacaq. Bu baxımdan biz diqqət yetirsək görərik ki, bu ilki Çexiya çempionatının startında da Slovan komandası elə də yaxşı nəticə göstərmir. Komanda az qala autsayder qrupunda qərarlaşır. Bütün bunlara görə Qarabağın qələbə qazanacağı cox gözlənilirdi. Bu cəhətdən əlbətdə ki, qələbə qazanılmaması təəssüf doğurur. Qarabağ, Paok, Slovan  ikinci yer uğrunda mübarizə aparan komandalar kimi səciyyələndirilir. Bu ikincilik uğrunda mübarizədə Qarabağln əsas rəqiblərindən biri ilə heç-heçə eləməsini müəyyən dərəcədə müsbət nəticə kimi qəbul etmək olar. Qurban Qurbanov oyun sonrası mətbuat konfransında bildirdi ki, bu turnirlərdə qazanılan hər birin xalın əhəmiyyəti var. Mən düşünürəm ki, son saniyələrdə Qarabağın vurub oyunu xilas elədiyi, qazandığı bir xal ola bilsin ki, Qarabağın qrupdan çıxmaq istəyində əhəmiyyətli rol oynasın. Belə fikirlər səslənir ki, Qarabağın Slovanla görüşü komandanın son zamanlar oynadığı ən zəif oyunudur. Bunun bir səbəbini mən məkan dəyişikliyi ilə bağlamaq istəyərdim. Çünki Qarabağ Avropa kuboku oyunlarında 25-30 min azərkeş önündə oynuyurdu və futbolçular buna adət etmişdi. Dünən mən deməzdim ki, arenanın ot örtüyü ideal vəziyyətdə idi. Çünki topun hərəkət istiqamətinə diqqə yetirdikdə onun hərəkətində müəyyən qüsurlar orda da özünü göstərirdi. Azərkeş və futbolçuların stadionda bir harmoniya yaradırdılar. Onların olmaması da futbolçulara təsir göstərdi. Sanki futbolçularda əvvəlki oyunlarda müqayisədə mübarizlik çatışmırdı. Lakin bütün hallarda mən düşünürəm ki, komanda məğlub olmadısa deməli qrupdan çıxmaq şanları hələ də mövcuddur. Bunun üçün Fiorentina ilə səfər görüşü bambaşqa bir məsələdir. Bundan sonra isə Qarabağ evdə Pouku qəbul edir. Ən azı Poukla Bakıdakı görüşdə qələbə qazanmasa o halda qrupdan çıxma ehtimalı da zəifləyəcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.