Aktual

“Qaynar xətt”lərin xidmət səviyyəsi

Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” təsdiq olundu. Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planına dövlət orqanlarında qaynar xətlərin yaradılması, bu barədə ictimaiyyətin məlumatlandırılması və qaynar xətlərə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi daxildir. Bəs görəsən qaynar xətlər Prezidentin təsdiq etdiyi bu layihənin fəaliyyət planına uyğun xidmət göstərirmi?

Məsələni araşdırmağa Korrupsiyaya qarşı mübarizə aparan Qeyri Hökümət Təşkilatlarının məlumat və Əməkdaşlıq şəbəkəsinin Şura üzvü Sahib Məmmədovla söhbətdən başladıq. Sahib bəy deyir ki, layihənin əsas şərtlərinə bütün dövlət orqanlarında “Qaynar xətt”  telefon xidmətinin yaradılması ilə yanaşı, vətəndaşlara 24 saat xidmət göstərilməsini təmin etmək də daxildir.

Sahib Məmmədov :

 –  Həm texniki baxımdan yaradılması nəzərdə tutulurdu, həm də onun fəaliyyəti. Yaradılmaq hələ fəaliyyət göstərir demək deyil. Yaratmaq, daxil olan müraciətləri qəbul etmək, onları işləmək və operativ reaksiyanı təmin etməkdir.

Qaynar xətlərin bu layihənin nəzərdə tutduğu şərtlərə uyğun xidmət göstərib-göstərmədiyini öyrənmək üçün şəhər sakinlərinə üz tutduq. Adının çəkilməsini istəməyən müsahibimiz Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə şikayət etməyin mənasız olduğunu deyir. Onun övladı Yasamal rayonu Şəfiqə Əfəndizadə adına  13 saylı orta məktəbdə təhsil alan vaxt gözdən qüsurlu olduğu üçün attestat imtahanına getməyib. Məktəb rəhbərliyi isə uşağa attestat vermək üçün ondan pul tələb edib. Müsahibimiz Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib məsələ ilə bağlı məlumat versə də, bu haqda heç bir tədbir görülmədiyini bildirir.

Valideyn :

 –  Qaynar xəttə necə müraciət etmək olar?! Nömrə düşür ora, sonra onun başına oyun açırlar. Mənim başım xarabdı bəyəm qaynar xəttə zəng edim?! Təhsil Nazirliyi elə-belə oyuncaqdı ortalıqda. Bir dəfə uşağım üçün atestat üçün zəng etmişdim, iş görürdüm. Sən demə orada nömrəm artıq düşüb, mənə zəng etdilər. Problem demək olar onlara?!

–     Yəni bununla bağlı heç bir tədbir görmədilər ?

–     Yox, heç bir şey…

Biz də Təhsil Nazirliyinin 2 saylı “Qaynar xətt” xidməti ilə əlaqə saxlayıb bunun səbəbini öyrənməyə çalışdıq. 496-37-61 nömrəli qaynar xəttin növbətçilərindən biri Nazirliyin qaynar xəttinin 24 saat yox, yalnız 8 saat fəaliyyət göstərdiyini, istirahət və bayram günləri də aktiv olmadığını bildirir.

Qaynar Xətt xidmətinin növbətçisi :

–  Burada hamının iş saatı Konstitusiya ilə müəyyənləşir. Yəni, 5 iş günü , iş saatlarında işləyir qaynar xətt xidməti. Yəni, bizdə 24 saatlıq iş günü olan, və yaxud 1 gündə 9 – 10 saatlıq iş günü olan işçi yoxdur, əməkdaş da yoxdur. 

Növbətçi ilə söhbət zamanı o da məlum oldu ki, Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti nəinki şikayətlərə laqeyd yanaşır, hətta qaynar xəttə daxil olan zənglərə də limit qoyur. Növbətçi deyir ki, gün ərzində qaynar xəttə 50-dən çox zəng daxil olur amma, biz bu  zənglərin hamısına cavab vermirik.

Qaynar Xətt xidmətinin növbətçisi :

 –  Qaynar xətt xidmətində 8 saat iş günüdür,  hər  2 saatdan bir növbətçi dəyişir. Beynəlxalq standartlarda 9 zəngdən artıq cavab verməyə icazə verilmir. Çünki, bəzən əsəbi insanlar zəng edir, hansısa problemi həll olunmayan insanlar, ya 65 yaşı olub işdən çıxarılanlar zəng edir. Təbii ki, növbətçi də insandır, psixi durumu ona imkan vermir. Beynəlxalq normalar belədir. Bir gündə 50-60 zəng olur  ki, onda gərək 10 nəfərə qədər növbətçi olsun.

Beynəlxalq standartlarda belə bir qanunun olub-olmadığını dəqiqləşdirmək üçün hüquqşünas Ələsgər Məmmədli ilə söhbətləşdik. “Gün ərzində ola bilər ki, heç bir zəng olmasın, ola bilər ki, 50 zəng olsun buna görə hər hansı bir limit qoymaq gülüncdür” deyə  hüquqşünas bildirdi.

Ələsgər Məmmədli :

–   Məqsədiniz problem həll etməkdirsə problem həll etməlisiniz. Yox, məqsədiniz sadəcə statistika kimi bu qədər zəng oldu qəbul etdim deməkdirsə, o zaman artıq məlumdur ki, dövlət qurumu olaraq sizin məqsədiniz problem həll etmək deyil. O zaman əslində bunun gülünc olduğunu aydın şəkildə özü etiraf etmiş olur. Bunu söyləyən dövlət qurumları çox aydın şəkildə göstərirlər ki, onlar statistikaya xidmət edir, xidmətin keyfiyyətinin yüksəldilməsinə yox.

Sahib Məmmədov da Təhsil Nazirliyinin qaynar xəttinin öz işini məsuliyyətlə yerinə yetirmədiyini deyir. Onun sözlərinə görə, “Qaynar xətt” xidmətində peşəkar, vətəndaşların problemlərini dinləyib onları yönləndirmək qabiliyyəti olan şəxslər fəaliyyət göstərməlidir. Təhsil Nazirliyində isə tələbələri bu işə cəlb edib, qaynar xətti oyuncağa çeviriblər.

Sahib Məmmədov :

–   Təhsil Nazirliyinin “Qaynar xətt” sistemi dövlət standartlarına ümumiyyətlə cavab  vermir. Birincisi onlar qaynar xəttə qoyublar, tələbələr qəbul edir. Bu tələbələrin əməyin işə cəlb edirlər və  onları ödəmədən işə cəlb edirlər .  Onlar orada cavab verir. Bu gülünc bir şeydir, yəni qaynar xətt sisteminə uyğun deyil. Hətta onlarda avtomatlaşdırılmayıb, onlarda 6 rəqəmlidir. Kefləri istəyəndə götürürlər, kefləri istəməyəndə götürmürlər.

Adının çəkilməsindən ehtiyat edən digər müsahibimiz isə “Gömrük Komitəsi”ndən şikayətlənir. Amerikadan ucuz qiymətə telefon alıb, Azərbaycanda satışı ilə məşğul olan müsahib deyir ki, gömrükdə monopoliya olduğu üçün biz öz işimizi sərbəst yerinə yetirə bilmirik. Gətirdiyimiz malı gömrükdən keçirəndə, bizdən artıq rüsum tələb edirlər.

Gömrük Komitəsindən şikayət edən:

 –  Amerikadan  mal gəlir, yəni bir dənə telefon gəldi, deyir ki, hə misal üçün burada satışı 400 manatdırsa, mən onun 36%-ni hesablayacam. 36%-dən də  mənə sərf etmir axı. Normalda mən Amerikadan neçəyə almışam onun 20 neçə faizi hesablanmalıdır. Ən mühüm məsələ də odur ki, biz xeyir ola işlənmiş telefon alıb təzənin rüsumunu ödəyirik!

Müsahibimiz problemlə bağlı Dövlət Gömrük Komitəsinin 192 saylı qaynar xəttinə dəfələrlə müraciət edib onları məsələdən xəbərdar etsə də, bununla bağlı heç bir tədbir görülmədiyini deyir. “Bir dəfə, cavab verən operator hadisə vaxtı zəng etməyimi dedi. Hadisə vaxtı zəng etdikdə isə avtomat cavaba qoşub dəstəyi qaldırmadılar” deyə müsahibimiz göstərilən  xidmətdən  narazılığını bildirir.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsinin “Qaynar xətt” xidməti ilə əlaqə saxladıq. Bizə cavab verən operator bunları deyir.

Operator :

 –   Xanım, qaynar xətt hər gün fəaliyyət göstərir, 24 saat ərzidə fəaliyyət göstərir…

Operatorun verdiyi bu məlumatın doğruluğuna əmin olmaq üçün həftə sonu 192 saylı qaynar  xəttə  dəfələrlə zəng etsək də , bizə cavab verən olmadı.

Bakı sakini Bahar xanım isə  avtobus sürücülərinin sərnişinlərlə  rəftarından və yol- hərəkəti qaydalarını bilərəkdən pozmalarından şikayətlənsə də, bu barədə qaynar xəttə müraciət etmədiyini deyir. Onun fikrincə, qaynar xətlərin mövcudluğu kifayət qədər təbliğ olunmur.

Bahar Həsənova :

–    Qaynar xəttin nömrəsini bilsəm müraciət edərəm. Bilmirəm axı qaynar xəttin nömrəsini.

–    Yəni, düşünürsünüz ki, bu haqda məlumatlandırma azdır?

–    Məlumatlandırma azdır bəli, televiziya vasitəsi ilə gərək desinlər, radio vasitəsi ilə desinlər ki, hər hansı bir problem olanda sərnişinlər də müracət edə bilsinlər.

Səhiyyə Nazirliyində bu xidmətin necə fəaliyyət göstərdiyini öyrənmək üçün 565-12-64 nömrəli “Qaynar xətt” xidməti ilə əlaqə saxladıq. Növbətçilərdən Cavid Məmmədov deyir ki,  Nazirliyin “Qaynar xətt” xidməti bütün həftə ərzində 24 saat  fasiləsiz  olaraq  vətəndaşlara  xidmət  göstərir.

 Cavid Məmmədov :

 –  Hər gün 24 saat ərzində burada adam var, o da qəbul edir şikayətləri. Bizdə bayram zad yoxdur. Bizə nə bayram, nə şənbə, nə də bazar var.  Bizim iş rejimimiz necə deyim kəsilmədəndir. 24 saat smen (növbə-m.) biri-birinə təhvil verilir, işdə belə gedir, belə qurulub.

Növbətçinin  bu sözlərini dəqiqləşdirmək üçün gecə saatlarında həmin qaynar xətt nömrəsi ilə yenidən əlaqə saxladıq və dərhal da zəngimizə cavab verildi.

Səhiyyə Nazirliyindən fərqli olaraq Ombudsman aparatının “Qaynar xətt” xidməti ümumiyyətlə daxil olan zənglərə cavab vermir. Ombudsman aparatının saytında 7 gün, 24 saat  fəaliyyət göstərdiyi yazılan 916 050 370-98-96 nömrələrinə bir neçə dəfə zəng edib “Qaynar xətt” xidməti ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nömrədən bizə cavab verən olmadı.

Şəhər sakinləri ilə söhbət zamanı o da aydın oldu ki, qaynar xətlərə müraciət edənlərin çoxu qaynar xətlərin anonimliyi saxlamamalarından da şikayətçidirlər. Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, qaynar xəttə müraciət edən şəxslər problemi həll etmək istəyirlərsə, heç nədən çəkinmədən özlərini təqdim etməlidirlər.

Ələsgər Məmmədli :

–  Vətəndaşlar mən hesab edirəm ki, bir problem varsa və ciddi problemdirsə, hüquq pozuntusudursa və ya öz hüquqlarını məhdudlaşdırmağa yönəlmiş hərəkətlərin şikayətidirsə  çox aydın şəkildə özlərini ifadə edə bilməlidirlər. Yəni, burada anonimlik önəmli deyil, burada daha çox konkretlik önəmlidir ki, o problem aradan qalxsın.

Xatırladaq ki, dövlət orqanlarında qaynar xətlərin operativ fəaliyyəti  prezidentin sərəncamı ilə təsdiq olunmuş “Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” əsasında həyata keçirilir. Bu sərəncamsa artıq 4 ildir ki, qüvvədədir.

Öncəki xəbərNövbəti xəbər

10 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. You actually make it seem so easy with your
    presentation but I find this matter to be actually
    something which I think I would never understand.
    It seems too complex and very broad for me.
    I am looking forward for your next post, I will
    try to get the hang of it!

  3. Great items from you, man. I’ve take into accout your stuff previous
    to and you’re simply extremely great. I actually like what you’ve bought here, certainly like what you’re
    stating and the best way during which you assert it.
    You are making it enjoyable and you still care for
    to stay it wise. I cant wait to read much more from you. That is
    really a wonderful web site.

  4. Hmm it appears like your website ate my first comment
    (it was extremely long) so I guess I’ll just sum it up what
    I submitted and say, I’m thoroughly enjoying your blog. I too am an aspiring
    blog blogger but I’m still new to everything.

    Do you have any helpful hints for rookie blog writers?

    I’d certainly appreciate it.

  5. Great article! That is the kind of info that are meant to be shared across the internet.
    Shame on the search engines for now not positioning this post upper!
    Come on over and consult with my site . Thank you =)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.