AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
GSR.fm-in Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verən qayda pozuntularına hüquqi qiymət verilib.
AZAL-la görüşdə azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün “Qəbələ” 1600 manat cərimələnib.
“Zirə” – “Neftçi” oyununun 30-cu dəqiqəsində qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün “ağ-qaralar” 800 manat ziyana düşüb.
1 şərh