Sosial, ZZ-Manşet

“Qəzetlərə birdəfəlik maliyyə ayrılması haqqında sərəncam imzalanıb”

ilham-eliyev-serencam-570x360Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.