Aktual

Ramazan – kimə bayram, kimə bazar

Ramazan ayı boyunca oruc tutduğunu deyən Həyat xala oruc tutmağın ona mənən necə təsir etməsindən danışdı:

Həyat xala :

–    Fərqi belə hiss edirəm ki, özümü yüngül hiss edirəm, rahat hiss edirəm ki, Allah taala  qarşısında elə bil borcumu  verirəm içimdən gəlir. Hələ bəzən deyirəm ki, iki-üç gün qurtarandan sonra mən neyləyəcəm?! Səbrim çox geniş olur, belə hardasa özümü çox yüngül hiss edirəm, çox.

Həyat xala üçün sahurda və iftarda nə yediyi vacib deyil:

Həyat xala:

–    Vallah ruzi, Allahdan ruzi gəlir elə süfrə qurursan ki, görürsən ki hər şeydən  stol, naz-nemət onu fikirləşə bilmirsənki, nəsə yoxdu mən nəyisə yeyə bilməyəcəm. Allah təalanın göndərdiyi ruzi bərəkətlə açırıq orucumuzu.
Səhhəti ilə bağlı oruc tutmağa çətinlik çəkən Gülüstan Qələndərova isə bu ilki ramazan ayında digər oruc tutanlar üçün iftar süfrəsi açmaqdan da özünü məhrum olunmuş hesab edir :

Gülüstan Qələndərova:

–    Qiymətlər çox bahadı. Çatdıra bilmirik. Məsələn, könlümüzdən keçir ki, bir süfrə açaq  axşam bir oruc tutan, imkansızları yığaq, oturdaq. Yaxşıdı elə şeylər. Amma edə bilmirik. Ancaq ki, öz ailəmizi güclə yola veririk. Eləyə bilmirik , çatdıra bilmirik, çünki çox bahalıqdı.

Gülüstan xala əvvəlki bayramların həsrətini çəkdiyini desə də bu iftar süfrələrini indi görməməsinə görə heç kimi günahlandırmır :

Gülüstan xala :

–    Qabaq məsələn rayonlar var idi ,dağlar var idi. Heyvanlar saxlayırdılar,  pambıq becərirdilər, bütün hər şeylə pul qazanırdılar, gəlirləri olurdu. Amma indi  hamı gəlib tıxcanıbdı rayonlara, bir rayona bəlkə də beş rayon qoşulubdu, mərkəzimiz onun kimi. Belə olduğuna görə iş də  çatıra bilmirlər heç kəsi də qınamaq olmaz. İş də çatdıra bilmirlər sonra əhali çoxdu yerimiz də dardı.

Digər bayramlarda olduğu kimi  Ramazan bayramında da qiymətlərin artması ilə bağlı şaiələr yayılıb. Biz də  bu şaiələrin həqiqətə nə qədər yaxın olduğu ilə bağlı araşdırma apardıq. Ramazandan öncə şəhərin müxtəlif bazarlarında apardığımız sorğu ilə Ramazanın son günü olan qiymətləri müqaisə etdik.

Beləliklə: Ramazandan əvvəl :

7 manat olan mal ətini  8-9 manata,
8 manat olan qoyun ətini 10-11 manata,
2 manat 90 qəpik olan toyuq ətini  3 manat 50 qəpiyə,
Kilosu 50 qəpik olan xiyarı 1 manata,
Paçqası 1 manat 60 qəpik olan xurmanı  2 manata,
Kilosu 5 manat olan qaysını  6 manata,
18 manata olan şabalıdı 20- 25 manata almaq olar.
Yalnızca pomidorun qiyməti elə 80 qəpik olaraq qalıb.

Satıcılarla yanaşı digər insanların da evində bayramın yaşanılması diləyi ilə.

Öncəki xəbərNövbəti xəbər

4 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.