İdman, Müsahibə, ZZ-Manşet

“Real” həmişəki kimi oyuna çox köklənmişdi

Без-имени-1

Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “ Real Madrid”   “Volfsburq”a  3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Oyun haqda  idman şərhçisi Şəmsəddin Abbasov GSR.fm-ə müsahibə verib:

“Birinci oyunda, “Real”ın  səfərdə məğlubiyyətindən sonra çoxları gözləyirdi ki,  “Real” doğma meydanında “Volfsburq”u darmadağın edəcək, belə də oldu.  Mənə elə gəldi ki, “Volfsburq”  sadəcə pisixoloji  gərginlik üzərində özünü sığortalaya bilməyib  yaxşı hazırlaşmadı. Bu psixoloji yük  futbolçularda çox oldu və onlar bu yükün altından çıxa bilmədilər . “Real” isə həmişəki kimi bu oyuna çox köklənmişdi. Ronaldo olduqca gözəl oyun keçirdi. Vurulan erkən qollar var idi.  Məhz bütün məqamlar da  oyunun taleyini “Real”ın xeyrinə həll etdi, amma “Volfsburq”a da əsasən birinci görüşdə göstərdiyi  sürpriz nəticəyə görə  təşəkkür düşür. Düşünürəm ki, növbəti mərhələyə doğrudan da ən güclü komanda düşdü. “Real”ı həqiqətəndə çempionlar liqasında görmək istəyənlərin sayı daha çoxdur, çünki o dünyanın ən güclü komandalarından biridir” .

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.