Müsahibə, Siyasət, ZZ-Manşet

“Region prezidentlərinin görüşməsi problemlərin həllinə şərait yaradır”

aydin3“Avqustun 8-də İran və Rusiya prezidentlərinin Bakıda keçiriləcək görüşü ölkələr arasındakı ikitərəfli münasibətləri yeni səviyyəyə çıxaracaq”

Bunu Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi Rusiya energetika naziri Aleksandr Novak ilə görüşdə deyib.

Bu barədə Report.az xəbər verir.

GSR.fm olaraq Milllət vəkili Aydın Mirzəzadənin görüşlə bağlı fikirlərini öyrəndik. O, bildirib ki, baş tutacaq görüş regionda stabilliyin yaranmasına, problemlərin həll edilməsinə kömək edə bilər.

“Bu görüş həm Xəzər dənizinin statusunun müəyyənləşməsi, eyni zamanda hər üç ölkənin ərazisindən keçən nəqliyyat strukturuna dair qərarın qəbul edilməsi ilə bağlıdır. Bu gün Rusiya, Azərbaycan, İran bir-birinə yaxın olan və bir-birinin potensialından maksimum istifadə edən ölkələrdir. Hər üç ölkədən keçməklə hərəkət edən yol strukturu yaradılacaqsa, ticari-iqtisadi əlaqələr güclənəcəksə, bu, hər üç ölkənin daha da yaxınlaşmasına kömək edəcək. Həmçinin bu üç ölkənin region və dünya məsələləri ilə bağlı müzakirələr keçirtməsi də regionda stabilliyin yaranmasına, problemlərin həll edilməsinə kömək edə bilər. Azərbaycan bu məsələlərlə yanaşı Ermənistanın Azərbaycana işğalçılıq siyasəti məsələsindən də danışacaq, tərəflərin bu məslədə daha dəqiq olmasını istəyəcək. Region ölkələrinin vaxtaşırı görüşməsi probləmlərin daha dərindən həll etməsinə şərait yaradır.”

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.