Texnologiya, ZZ-Manşet

Robotların olimpiya oyunlarını keçiriləcək

robotYaponiyanın baş naziri Sindzo Abe ölkə ərazisində robotların olimpiadasını təşkil etmək istəyir. O, olimpiadanı 2020-ci ildə keçirməyi təklif edir. Bu haqda yerli KİV məlumat yayıb.
 
GSR.fm İCTnews-a istinadən bildirir ki, yüksəkvəzifəli məmur robot-texnika sənayesinin inkişafının sürətləndirilməsi üçün tədbirlərin görülməsi zəruriliyini qeyd edib.
 
“Mən 2020-ci ildə bütün dünya robotlarını bir yerə toplayaraq olimpiya oyunları keçirmək istəyirəm. Robotlar öz texniki bacarıqlarını göstərərək bir-birləri ilə yarışa biləcəklər. Biz robotları ölkəmizin iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevirmək istəyirik – Yaponiyanın “Jiji Press” informasiya agentliyi Sindzo Abenin sözlərindən sitat gətirib.
 
Hazırda Yaponiya robot texnikası sahəsində liderdir. Bu yaxınlarda  yerli şirkətlərdən biri insan emosiyasını müəyyənləşdirən robot-humanoid təqdim edib.
 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.