“Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda danışıb.
GSR.fm-in Qol.Az-a istinadən verdiyi məlumata görə, 29 yaşlı portuqaliyalı oyunçu daha 6-7 il futbol oynamaq istədiyini bildirib:
“Daha 6-7 il yüksək səviyyədə futbol oynamağı düşünürəm. Özümə diqqət edirəm. Zədəm tamamilə sağalıb. Yenidən davam etmək və mövsümün sonuna qədər yaxşı formada qalmaq istəyirəm.
Ötən mövsüm gözəl alındı. Yeni mövsümdə 5-6 titul qazanmaq imkanımız olacaq. Bütün mövsüm ərzində əlimdən gələnin ən yaxşısını edəcəm. Vuracağım qollarla komandanın titul qazanmasına kömək etmək istəyirəm”.