Portuqaliya millisinin və “Real”ın futbolçusu Kriştiano Ronaldonun zədəsinin ciddi olması Madrid klubunun prezidenti Florentino Perezi də narahat edib.
GSR.fm-in Qol.Az-a istinadən verdiyi məlumata görə, “El Larguero”ya danışan klub prezindeti hücumçunun tam sağalmadan “DÇ-2014″də oynamasına qarşı olduğunu deyib:
“Kaka və Sami Xedira sağalmadan meydana çıxdıqları üçün zədələri daha da ciddiləşmişdi. Ronaldonun da onlar kimi olmasından qorxuram. Buna görə o, tam sağalmadan “DÇ-2014″də oynamamalıdır”.