Portuqaliyalı futbol ulduzu Kriştian Ronaldo heç bir şey etmədən oğrunun tutulmasına vəsilə olub.
GSR.fm-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Fransanın şimal bölgəsində bir evə girən 2 oğru, ev sahibi tərəfindən cinayət başında tutulub. Oğrular qaçsalar da, üzlərini görən ev sahibi cinayətkarların robot şəklini şəkdirməyi bacarıb.
Oğrulardan birini “Ronaldonun əkizi” deyərək qeyd edəən ev sahibinin təsviri nəticəsində 2 gün sonra 21 yaşlı cinayətkar yaxalanıb.