Sosial, ZZ-Manşet

Sabah hava əsasən yağmursuz keçəcək

havaHəftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, iyunun 9-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

7/24news Trend-ə istinadən xəbər verir ki, gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə isti, Türkan, Hövsan, Şıx, Şahildə 23-24 dərəcə isti olacaqdır.

Azərbaycan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Aran rayonlarında iyunun 9-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.