Sosial, ZZ-Manşet

Sabah hava küləkli olacaq

havaİyunun 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə əsasən, şimal küləyi əsəcək, axşam və gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda yağışların leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, iyunun 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.