Saç tökülməsi hazırda aktual problemlərdən biridir. Bu barədə Gsr fm-ə müsahibə verən həkim-kosmetoloq Günel Şükürova bildirib ki, saç tökülməsinə bir çox faktorlar səbəb ola bilər:
“Hormonal proseslər, orqanizmin düzgün kəşf olunmaması ,stress, hamiləlik vaxtı müşahidə olunan dəyişikliklərlə bağlı saçlar tökülə bilər. Hormonal dəyişikliklər nəticəsində saç dibləri zəifləyir, saç tellərinin inkişaf bazası azalmış olur və saçların bərpa mərhələsi ləng gedir. Bunun üçün biz kosmetologiyada mezoterapiyadan, plazma liftingdən istifadə edirik. Bu proseduralar saç diblərini oksigen və qidalı maddələrlə təmin etdiyinə görə müəyyən müddətdən sonra saçların tökülməsi dayanır və bərpa olunur. Saç tökülməsi daha çox kişilərdə olur. Əsas səbəblərdən biri stress faktorudur. Qadınlar isə ev şəraitində maskalardan yaxud kosmetoloji vasitələrlərdən istifadə etdikləri üçün onlarda saç tökülməsi daha gec görülür”.
Müalicələr təsir etmədiyi zaman insanların saç əkilməsinə müraciət etdiyini deyən Günel xanım bu üsuldan istifadə edənlərin də saçlarını qorumalı və qulluq etməli olduğunu qeyd edib.
1 şərh