Sosial, ZZ-Manşet

Şamaxı Rəsədxanası: “Yerə böyük asteroid yaxınlaşır”

1369401555_2ce16afbd84c3ac7376fe0aa9a62ca51Yer kürəsinə böyük asteroid yaxınlaşır.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Vaqif Xəlilov bildirib ki, Antixrist adı verilən asteroid iyunun 8-də Yer kürəsinin 1 milyon kilometr yaxınlığından keçəcək.

Uzunluğu 325 metr, eni 60 metr olan asteroidin planetimiz üçün heç bir təhlükə yaratmadığını deyən Vaqif Xəlilov qeyd edib ki, bu göy cismi Ayla Yer arasındakı məsafəsindən 3 dəfə uzaq məsafədən keçəcək.

Bu asteroid ilk dəfə bu ilin aprelində NASA alimləri tərəfindən kosmik aparatlar vasitəsilə aşkar edilib və hazırda onun hərəkət trayektoriyası izlənilir. İyunun 8-də bu göy cismi yenidən müşahidə olunacaq və görüntüsü yayımlanacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.