Texnologiya, ZZ-Manşet

“Samsung” Çin istehsalçısından tədarükü dayandırıb

Samsung-1Cənubi Koreyanın nəhəng elektronika istehsalçısı “Samsung Electronics Co” şirkəti Çinin uşaq əməyindən istifadədə ittiham olunan “Dongguan Shinyang Electronics Co” tədarükçüsü ilə işgüzar münasibətləri dayandırıb. Bu barədə “Reuters” agentliyi məlumat verib.

7/24news İCTnews-a istinadən xəbər verir ki, Çin şirkəti “Samsung”un smartfonlar üçün komplekt hissələri istehsal edir.

“Samsung” nümayəndələrinin sözlərinə görə, hazırda araşdırmalara Çin hakimiyyət orqanları da cəlb olunub. “Dongguan Shinyang Electronics”in ünvanına səsləndirilən ittihamlar doğru olsa, biz tədarükçü ilə münasibətləri pozmalı olacağıq”, – şirkət nümayəndələri bildirib.

“Dongguan Shinyang Electronics” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Bir müddət əvvəl mənzil-qərargahı Nyu-Yorkda yerləşən “China Labor Watch” (CLW) hüquq müdafiə təşkilatı Cənubi Koreya istehsalçısını Çindəki zavodda uşaq əməyindən qeyri-qanuni istifadədə ittiham edib. “Samsung” hadisə ilə bağlı araşdırma aparacağına söz verib.

“China Labor Watch” təşkilatının məlumatına görə, “Samsung”un Çinin Quandun əyalətində yerləşən zavodunda yaşı 16-dan az olan beş işçi çalışır ki, bu da qanunvericiliyin pozulmasıdır. Bundan başqa, təşkilat Cənubi Koreya şirkətini işçilərin əməkhaqqılarının gecikdirilməsində, qeyri-qənaətbəxş sosial sığortasında ittiham edir.

Qeyd edək ki, mənzil-qərargahı Seulda yerləşən “Samsung Electronics” şirkəti Cənubi Koreyanın elektronika istehsalçısıdır. 80 ölkədə şirkətdə 286 min nəfər çalışır. 2014-cü ilin birinci rübündə “Samsung”un xalis mənfəəti 7,57 trilyon von (7 milyard dollar), mədaxili 53,68 trilyon von (52 milyard dollar) təşkil edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.