Aktual

Saxta iş elanlarına aldanmayın!

İctimai yerlərdə, nəqliyyat vasitələrində, eləcə də, qəzetlərdə və İnternetdə müxtəlif iş elanlarına rast gəlmək olur. Bəs görəsən, bu elanlar işsizlər üçün nə dərəcədə faydalıdır?  Şəhər əhalisi arasında sorğu keçirib, onlardan belə elanların effektivliyi barədə  fikirlərini soruşduq.

Bəyim:

İş elanları olur, amma çox vaxt yalnış olur onlar. Nə qədər müraciət etsən də iş tapmaq olmur. Bir-iki dəfə olub, ancaq müsbət cavab almamışam. Əlaqə saxlamışam, deyiblər sizinlə daha sonra əlaqə saxlayarıq, zəng vurarıq amma nəsə sonra cavab çıxmayıb. Eləcə də internetdə olur çox vaxt iş elanları, tapmaq olmur. 

Tural:

Bizdə qəzet və yaxud  ictimai yerlərdə olan  iş elanlarına çox da güvən yoxdur. Ən yaxşısı iş agentlikləri var onlara müraciət etmək olar, çünki aldatma halları çox olur. Bir dəfə metronun ağzında polislər gəlib sökürdülər ki, bəs saxta iş elanıdır, inanmayın. Aldadırlar, camaatın pulunu alırlar işə düzəltmək adıyla, amma işə düzəltmirlər.

“Şans” işədüzəltmə agentiyinin təmsilçisi İlkin Həsənov isə deyir ki, rəhbərlik  etdiyi şirkət ödənişsiz olaraq fəaliyyət göstərir, amma müraciət edən şəxslər işlə təmin olunduqdan sonra ilk maaşlarının 50%-ni onlara verməlidir.

İlkin Həsənov:

İş axtaran şəxs bizə müraciət edir ki,  misal üçün mühasib lazımdır. Biz də onun  elanını  yerləşdiririk. Hər hansı bir işçi bizə müraciət edir ki, mənə, misalçün, mühasib işi lazımdır. Biz onu işlə təmin edirik və həmin şəxslə rəsmi müqavilə bağlayırıq ki, işləyəcəksən, 1 ay tam işə çıxdıqdan sonra, təcrübə müddətində yox aldığın əməkhaqqının 50%-i bizim şirkətə qalır.

Agentlik rəhbəri  iş axtaranların aldadılması hallarının səbəbini bir çox işədüzəltmə  agentliklərinin qeyri-rəsmi fəaliyyət göstərməsində görür.

İlkin Həsənov:

Azərbaycanda qeydiyyatda olmayan işədüzəltmə  agentlikləri həddindən artıq çoxdur. İnsanlardan ilk öncə  hansı ki, məbləğ var, o məbləği aldıqdan sonra ona iş tapmağa başlayırlar. Amma həmin pul ödəyən şəxs işlə təmin olunmur, ad olur ki, biz sizinçün iş axtardıq, tapmadıq, sizin vakansiyanıza uyğun iş yoxdur. 

“Azərbaycanda işsizlərin sayı rəsmi rəqəmlərdə deyildiyindən bir xeyli artıqdır”- bu sözləri isə iqtisadi ekspert Natiq Cəfərli deyir.

Natiq Cəfərli:

Son rəsmi məlumatlara görə, Azərbaycanda işsizlik səviyyəsi 5.2%-ə yaxındır. Qeyri-rəsmi hesablamalara görə, rəqəmlər biraz yüksəkdir əlbəttə ki. Gənclərdə işsizlik səviyyəsi digər ölkələrlə proposional qaydadadır. Yəni, Azərbaycanda da gənc nüfuzun işsizliyi əsas problemlərdən biridir.

Ekspert iş agentlikləri və iş elanlarının çoxluğuna baxmayaraq yaranan işsizlik problemlərinin səbəbini əməkhaqqların azlığı və kadr çatışmazlığı ilə əlaqələndirir.

Natiq Cəfərli:

Əsasən aşağı əməkhaqqlı işlərlə bağlı elanları biz tez-tez görürük. Əməkhaqqlarının aşağı olması ilə həmin iş yerlərinə insanların marağı o qədər də yüksək olmur. Yəni, aşağı koalifikasıyası olan və əmək haqqları aşağı olan iş elanları daha çox üstünlük təşkil edir.

Hüquqşünas Sahib Məmmədov bildirir ki, iş tapmaq vədi ilə aldatma halları  dələduzluq kimi qiymətləndirilir və belə hallarla rastlaşan vətəndaşlar mütləq müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.

Sahib Məmmədov:

Təbii ki, 10 manata görə, gedib məhkəməyə müraciət eləmir, polisə müraciət eləmir, getmək, ərizə yazmaq, bunun vaxtını aparacaq və bütün hesab da bunun üstündə  qurulub ki, bu 10 manata görə heç kim bizdən şikayət eliyəsi deyil. Təəssüf ki, bunun qabağını  almaq mexanizmi də yoxdur. Kütləvi surətdə dövlət orqanlarına, müvafiq dövlət orqanlarına şikayət getsə, reaksiya olar.

Öncəki xəbərNövbəti xəbər

18 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.