Sosial, ZZ-Manşet

Səhiyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək

oqtay sireliyevSəhiyyə naziri Oqtay Şirəliyev Şirvan-Müalicə Diaqnostika mərkəzində vətəndaşları qəbul edəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin nəzərdə tutulan 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun  olaraq  Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev 2014-cü il, dekabrın 5-də,  saat 11:00-da Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Saatlı və Kürdəmir rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Şirvan-Müalicə Diaqnostika mərkəzində qeydiyyatdan keçə bilər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.