Foto, ZZ-Manşet

Şəkililər, istirahət üçün əliniz cibinizdə olsun

Şəkinin dağlıq hissəsində yerləşən Marxal istirahət zonası təmirlə əlaqədar olaraq qonaqların üzünə bağlanıb. Rəhbərlikdən aldığımız məlumata əsasən burada yeddimərtəbəli hotel, 20 katec, açıq havada teatr, SPA mərkəzi, ticarət və əyləncə mərkəzi, hovuz, bouling zalı və restoran tikilir. Tikinti işlərinə 2012-ci ilin fevral ayından başlanılıb və 2015-2016-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2012-ci ilə qədər Marxal ərazisinə giriş ödənişsiz olub, Şəki sakinlərinin dediyinə görə isə, təmirdən sonra ödənişli olması gözlənilir. Şəkinin Marxal adlanan ərazisi XX əsrin ortalarından istirahət zonası kimi istifadəyə verilib.

GSR.fm təmir gedən həmin ərazinin fotolarını təqdim edir:

 

Hazırladı: “Professional Media School” tələbəsi Tərlan Yusif.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.