Texnologiya, ZZ-Manşet

“Selfi” çəkmək üçün smartfon istehsal olundu

selfie telefonYaponiyanın “Sony” şirkəti nümayiş etdirdiyi telefonu dünyanın ən yaxşı “şelfi” smartfonu adlandırıb. “Xperia C3” smartfonu işıq diodu işıqlandırıcısı ilə ön genişbucaqlı 5 meqapiksellik kamera ilə təchiz edilib.
 
Gsr.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, “Sony Xperia C3” smartfonu HD təsvir ölçülü 5,5 düymlük IPS ekranı, 8 meqapiksellik əsas kamera, 1.2 QHs takt tezlikli dördnüvəli “Snapdragon Qualcomm” prosessoru və “Adreno 305” qrafikası, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, “microSD” slotu, “Bluetooth 4.0”, “NFC” və “Wi-Fi” modulları ilə təchiz olunub. “Xperia C3” smartfonunun SİM kartla həm bir, həm də iki slotla olan versiyaları satışa çıxarılacaq.
 
Aparat 2500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, danışıq rejimində avtonom iş vaxtı 24 saat, gözləmə rejimində isə 15 gün təşkil edir. “Sony Xperia C3” cihazının ölçüsü 156×79×7,6 mm edir, çəkisi 150 qramdır. “Android 4.4.2” quraşdırılıb.
 
Avqustda smartfonun satışlarına start veriləcək. Aparat əvvəlcə Çində, daha sonra başqa ölkələrdə satılacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.