İqtisadiyyat, Xəbərlər, ZZ-Manşet

Siqaretlərin qiyməti artıb

siqaret

Azərbaycanda bu gündən topdan və pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, siqaretlərin qiymətində orta hesabla 10-20% artım müşahidə olunur.

Satıcıların sözlərinə görə, qiymət artımı bütün markalara şamil olunub. Artımın səbəbi açıqlanmır.

Qeyd edək ki, bu, son günlər ərzində ikinci qiymət artımıdır. Belə ki, avqustun 29-da da qiymət artımı baş verib. Həmin gün bəzi tütün məmulatları 10-20% bahalaşıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.