Texnologiya, ZZ-Manşet

“Skype”ın köhnə versiyalarının işi dayandırılacaq

skype-570x360“Skype” telefoniya xidmətinin köhnə versiyalarının istifadəçiləri xidmətin şirkət tərəfindən dayandırılması təhlükəsi ilə əlaqədar proqramı yeniləməlidirlər.

“Windows” istifadəçiləri üçün 2014-cü ilin yanvarı, “Mac” platformasında isə 2014-cü ilin fevralınadək buraxılmış versiyalardan söhbət gedir.

GSR.fm-in “ICTnews” elektron xəbər xidmətinə  istinadən verdiyi xəbərə görə, “Microsoft” korporasiyasının “Skype” bölməsi proqramın “Microsoft Windows” və “Apple OS X” üçün köhnə versiyalarının dəstəyindən imtina elan edib. Yaxın bir neçə ayda “Windows” sistemi üçün 6.13 və ondan aşağı versiyalar, “Mac” platforması üçün 6.14 və daha aşağı versiyaların sahibləri öz hesablarına daxil olmaq imkanından məhrum ediləcəklər. Bunun üçün yeni versiyanı quraşdırmaq lazımdır.

“Skype” proqramının “Windows” üçün 6.13 versiyası 2014-cü ilin yanvarında, “Mac” üçün 6.14 versiyası 2014-cü ilin fevralında buraxılıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.