Texnologiya, ZZ-Manşet

Smartfon asılılığından xilas olmağın yolu tapılıb

smartfonHollandiyalı startapçı tərəfindən hazırlanmış “DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti “Kickstarter”də toplayırlar.

GSR.fm AZƏRTAC -a istinadən xəbər verir ki, “DistractaGone” – smartfonlar üçün xüsusi seyfdir: dörd qurğu yerləşdirmək mümkündür və “AA” tipli batareyalarla işləyir.

Asılılıqdan xilas olmaq üçün sadəcə, smartfonu “DistractaGone” qurğusuna yerləşdirərək “taymer”i qurmalı, sonra isə üzərində qıfıl təsviri olan düymə sıxılmalıdır. “Taymer” bitməyənədək seyf açılmayacaq. Vaxt qurğunun qapağında qurulmuş ekranda əks olunur.

Qurğunun yaradıcıları bildirirlər ki, “DistractaGone” dostlarla birlikdə vaxt keçirmək üçün mükəmməl vasitədir.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.