Texnologiya, ZZ-Manşet

Smartfonları enerji ilə dolduran skamyalar

boston-570x360Boston meriyası şəhərdə “Wi-Fi” və günəş batareyaları ilə təchiz edilmiş skamya quraşdırıb. Beləliklə, skamyada əyləşməklə mobil telefonun akkumulyatorunu enerji ilə doldurmaq mümkündür.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, artıq Massaçusets ştatının ən böyük şəhərinin parklarında onlarla belə skamya quraşdırılıb. “Soofa” adlanan bu skamyalar 3 min dollara başa gəlib. Layihəni ABŞ-ın ən böyük mobil operatorlarından biri “Verizon” şirkəti və “Cisco” telekommunikasiya avadanlığı istehsalçısını satın alıb.

Skamyada quraşdırılmış USB portlar vasitəsilə cihazı enerji ilə doldurmaq mümkündür. Həmçinin “ağıllı” skamyalar havanın çirklənməsini və səs-küyü qiymətləndirə bilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.