Sosial, Xəbərlər, ZZ-Manşet

”Spelling Bee” layihəsinin son mərhələsi keçirilib

img_2216

26 noyabr 2016-cı il tarixində AEGEE-Bakı (Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi) Dillər işçi qrupu tərəfindən təşkil olunan ”Spelling Bee” layihəsi Headway Language & Development əməkdaşlığı ilə birlikdə Xəzər Universitetində son mərhələsini keçirdi.  19 noyabr treyning zamanı layihə barədə iştirakçılara məlumat verildikdən sonra 26 noyabr artıq seçilmiş iştirakçılar fərdi şəkildə yarışaraq 1-ci yer uğrunda mübarizə apardılar.  Günün sonunda ilk 3 yerin qalibi Headway Language & Development tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırıldı. 1-ci yerin qalibi isə əlavə olaraq Headway Language & Developmentdən 100 AZN-lik təhsil kuponu əldə etdi.

Təşkilatdan GSR.fm-ə verilən məlumata görə, “Spelling bee” iştirakçıların, adətən, müxtəlif çətinlik dərəcələrinə görə seçilmiş, bir çox sahələrə aid ingilis dilindəki sözlərin düzgün yazılışının soruşulduğu yarışmadır. Bu yarışmada iştirakçılar sözlərin düzgün yazılış qaydalarını hərfləyərək doğrulayırlar.

Qeyd edək ki, dünyanın bir çox regionunda (ABŞ, Böyük Britaniya, Asiya, Avstraliya, Bangladeş, Hindistan, Kanada, BƏƏ, Kuveyt) olduqca məşhur olan yarışmanın ilk məqsədlərindən biri  ingilis dilini inkişaf etdirmək istəyən gəncləri bir araya gətirməkdir. Ən əsas məqsəd isə təqribən 500 sözü (pre-intermediate and intermediate) effektiv şəkildə öyrətməkdir.

500 sözü ingilis dilində düzgün hərfləməkdən ibarət olan bu yarışmanın əsas faydalarından biri də müxtəlif çətinlik səviyyəsində, bir başa İELTS/TOEFL  ilə əlaqəli olan bir çox sözün yazılış, tələffüz və tərcümələrini öyrənməkdir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.