Yarat Müasir İncəsənət Mərkəzində “Su kimi ol” ( “Be like water”) müasir rəqs tamaşası nümayiş olunub. Bir saat müddətində davam edən tamaşanın xoreoqrafı Kari Hoaas olub. Xareoqraf altı fərqli rəqqasın çıxış etdiyi yeni rəqs tamaşasında xoreoqraffik strukturların “emosional riyyaziyyatı” kontekstində çıxış edir. İqlim dəyişikliklərinin təsirindən törəyən Apokalipsis vahiməsinin fonunda ərsəyə gətirdiyi bu tamaşada, o, bütün canlılar üçün həyati əhəmiyyətli element olan Su ünsürünü araşdırmaq məsqəsilə, poetik və impressionist təmayülləri seçib.
“Su kimi ol” rəqs tamaşasının xoreoqrafı Kari Hoaas GSR.fm-ə müsahibə verib. O, bildirib ki, bu şou iqlim dəyişikliyi ilə əlaqədar olaraq dünyadakı su problemi haqqındadır:
“Bu, Qərbi Avropa, Amerika rəqsinə əsaslanan müsair rəqs növüdür, qravitasiya gücü və bədənin poetikasını ifadə edir, Azərbaycanda çox yeni istiqamətdir. Çünki bu rəqs şəxsi özünüifadədir, xalq rəqsləri və ya əyləncə üçün olan rəqs kimi deyil. Şouya gələn insanlarda bu rəqs növünə qarşı maraq və həvəsin olduğunu hiss edirəm”.
Rəqqasələrdən biri Asne Storli deyir ki, dörd ildən çoxdur ki, professional rəqslə məşğul olur və qrup üzvlərinin böyük rəqs təcrübəsi var:
“Biz texnikaya çox önəm vermədən, daha çox görüntüyə, konseptuallığa üstünlük verərək, fikirləri, hissləri çatdırmağa çalışırıq. Səhnədə olarkən heçnə düşünmürəm, sadəcə hissləri çatdırmağa çalışıram. Bunu sözlərlə təsvir etmək çox çətindir. Buraya gəlmək, burada iştirak etmək mənim üçün böyük təcrübə oldu. Hiss edirəm ki, çıxışımız insanlar tərəfindən isti qarşılandı”.
Qeyd edək ki, tamaşa Norveç Xarici İşlər Nazirliyi, Norve Krallığının Azərbaycandakı Səfirliyi, Norveç Təsviri İncəsənət Mərkəzi və Norveç Milli İncəsənət Şurasının dəstəyi ilə keçirilib.
Hazırladı:
Ülviyyə Hümbətova
Mehri Əliyeva
1 şərh