Sosial, ZZ-Manşet

Sulutəpə-Biləcəri yolunda səkkiz zolaqlı yol salınır

yol1-570x360Biləcəri-Xocəsən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması işləri sürətlə davam etdirilir. Mövcud eni 10 m olan ikihərəkət zolaqlı yol səkkiz hərəkət zolağına uyğun yenidən qurulur.
GSR.fm APA-ya istinadən xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O, bildirib ki, hər tərəfdə eni 1 m olan çiyinlər və ayrıcı zolaq nəzərdə tutulan yolun eni 34 m təşkil edəcək.

“Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb. Hazırda əsasın üst layının  bitumla emal edilmiş qara qırmadaşla tikintisi davam etdirilir. Dairəvi qovşaqlar da daxil olmaqla yol boyu bordürlərin qoyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə  tutulub”, – deyə o əlavə edib.

Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocəsən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz və fasiləsiz hərəkət edə bilərlər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.