Sosial, ZZ-Manşet

Sumqayıtda məhkəmə kompleksinin təməli qoyulub

mehkeme-kompleksiDünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində Sumqayıt şəhərində 5 məhkəmənin yerləşəcəyi müasir məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib.

GSR.fm  APA-ya istinadən xəbər verir ki, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dünya Bankının təmsilçisi, habelə hakimlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, inşa olunacaq məhkəmə kompleksinin ümumi sahəsi 1.25 hektardır. Bina 5 mərtəbədən və zirzəmidən ibarət olmaqla müasir milli memarlıq üslubunda layihələndirilib. Digər yeni məhkəmə binalarında olduğu kimi, bu kompleks də ictimai və inzibati zonalara bölünməklə müasir texnologiya və avadanlıqlarla təchiz olunacaq, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən audio- və video, “elektron məhkəmə” informasiya sistemləri və digər zəruri infrastruktur quraşdırılacaq.

Tədbir iştirakçıları Sumqayıt Məhkəmə Kompleksinin və digər yeni məhkəmə binalarının layihələrini əks etdirən stendlərlə tanış olub, kompleksin təməli qoyulub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.