Texnologiya, ZZ-Manşet

“Süni intellekt 2075-ci ilədək bəşəriyyəti məhv edəcək”

suniOksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra sensasiyalı və qorxunc bəyanatla çıxış ediblər.

GSR.fm ICTnews-a istinadən yazır ki, alimlər təxminən 50 ildən sonra süni əhəmiyyətli intellektin Yer kürəsində əvvəllər filmlərdə dəfələrlə göstərildiyi kimi bəşər övladını tam məhv edəcəyini açıqlayıblar. Süni intellektin yaxın gələcək üçün perspektivlərinə insan şüurundan tam üstün olmaqla sürətli templərlə inkişaf daxildir.

Tədqiqat xarakterli qiymətləndirmə işləri alimlərin süni intellekt texnologiyasının inkişaf ilə bağlı fərziyyələrini təsdiq edib.

Mütəxəssislərin qənaətinə görə, artıq 2022-ci ildə robotlar biznes idarə, müəssisə, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən insanları qismən əvəz edəcək.

Alimlər artıq müstəqil şəkildə inkişaf edən süni intellektin təşəkkülünün qarşısını almaq iqtidarında olmadıqlarını təəssüf hissi ilə qeyd edirlər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: generic ventolin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.