Təhsil

Tələbə oğlanların kirayə ev problemi

Bakı Dövlət Universititetinin 3-cü kurs tələbəsi Salyan rayon sakini Ramil Paşayev hər yeni tədris ilində kirayə mənzil problemi ilə qarşılaşdığını deyir.

Ramil Paşayev:

–    Deyirdilər ki, biz tələbə oğlanlara ev vermirik. Tələbə qızlar və yaxud ailə axtarırdıq. Elə olurdu ki, qiymət münasib olmurdu. Ona görə münasib yer tapa bilmirdik. 2-3 dəfə gələndən sonra özümüzə münasib yer tapmışıq Bayılda.

Ev sahibləri tələbə oğlanlara niyə ev vermək istəmir sualına dəllal Nemət İsmayılov  isə belə cavab verir.

Nemət İsmayılov:

–      Bizim cəmiyyətdə beyinlərində belə psixologiya var ki, tələbə oğlandı gələcək evimdə istədiyi kimi hərəkət edəcək. Kimləsə evimə gələcək və yaxud hansısa qızla münasibəti olub evimə gələcək.

O, həmçinin əlavə edir ki,  pul, evin çirkli saxlanması baxımından da ev sahibləri oğlanlara kirayə vermək istəmirlər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.