İqtisadiyyat, ZZ-Manşet

TANAP-ın maliyyələşdirilmə vaxtı məlum oldu

tanap-799-646x366ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfdaşları Transanadolu (TANAP) qaz kəməri layihəsindəki paylarını aprelin 1-dən maliyyələşdirməyə başlayacaqlar.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, TANAP konsorsiumu martın sonunadək boru kəmərinin quru sahəsinin tikintisinə başlayacaq.

Şirkət rəhbəri deyib ki, TANAP-ın 1337 kilometr uzunluğunda olan quru sahəsinin tikintisi üzrə podratçılar “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S” şirkətləridir: “Bu üç şirkət qaz kəmərinin Əskişəhər şəhərinədək olan hissəsini tikəcəklər. Sonra biz 2015-ci ilin sonu – 2016-cı ilin əvvəlində TANAP-ın diametri 48 düym olan qalan hissəsinin tikintisi üzrə tenderə yekun vuracağıq”.

R.Abdullayev əlavə edib ki, boru kəməri layihəsinin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur.

Xatırladaq ki, martın 17-də Türkiyədə TANAP qaz kəmərinin təməlinin qoyulması mərasimi keçirilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.