GSR fm, İctimai Fikir, ZZ-Manşet

Tanınmışlar bunları düşünmür

Sorğumuzu dinləmək üçün “Play” düyməsini klikləyin. Aşağıda isə sorğunun mətni ilə tanış ola bilərsiniz.

İngilis yazıçısı Bernard Şounun sözlərinə görə,hər şeyi düşünmək düşündüklərini nizama salmaq deməkdir. Bəs həyatda nələri düşünməyə dəyməz? Elə bu sual ilə məşhurlara müraciət etdik.

Cəlil Cavanşir: Mənə elə gəlir ki, maddiyyatı düşünməyə dəyməz. Hər şey necə olacağına varır. Yəni yaxşı olacaqsa olacaq, yaxşı olmayacaqsa olmayacaq. Çox düşünüb başı yormağa, əsəbləşməyə, ruhdan düşməyə dəyməz maddiyyata görə.

Orxan Zeynallı: Dünəni düşünməyə dəyməz. Çünki o, sabahı gecikdirir.

İradə İsaq: Bir cavab verərdim ki, bu da keçər. İki ildən sonra hansısa bir  hadisəyə baxanda deyirsən ki, heç düşünməyə dəyməzdi. Məncə, həyatı axarına buraxmaq lazımdır. Mən belə düşünürəm. Həyatı çox dərindən düşünməyə dəyməz.

Xəyyam Nisanov:  İnsan gərək həmişə pozitiv olsun. Yəni ki, neqativi düşünməyə dəyməz.

Kamil Zeynallı:  Qıraqdan danışılan, arxanca danışılan sözləri düşünməyə dəyməz. Əsəb keçirməyə dəyməz onlara görə. Bir də ki, dedi-qoduya fikir verməyə dəyməz. Çünki bunlar həmişə var, olacaq. Fikirləşməklə insan öz əsəblərini korlamaqla heç nəyi dəyişəsi deyil. Ən yaxşısı fikir vermirsən, olmamış kimi ötüb keçirsən.

Tural Yusifov:  Pulu düşünməyə dəyməz. Yəni həyatda hər şey dəyişə bilər, pul da dəyişə bilər. Amma məsələn, bu gün siz xama yeyirsiniz, amma sabah o xamanı yeməsəniz də olar. Daha sadə həyat yaşaya bilərsiniz. Əsas bu dəqiqə mənəvi dəyərdir. Ailənlə xoşbəxt ol, pul boş şeydir. Çünki sabah fikirləşsəniz ki, dollar indi 1 manat 4 qəpikdir, sabah 1 manat 50 qəpik olacaq. O sizi infarkt edər.

Aysəl Əlizadə:  Adamlar ayrı-ayrı vaxtda keçmişlə, tarixlə çox əlləşəndə gələcək qura bilmirlər. Yəni olanlar haqqında düşünməyə, beyin yormağa dəyməz.

Cahangir Yusif: Başqalarının şəxsi həyatı haqqında, digərinin ailədaxili münasibətləri haqqında, daha primitiv götürsək avtomobil nömrəsi, yaxşı telefon nömrəsi seçmək haqqında düşünməyə dəyməz. Çünki düşünmək üçün daha vacib, əhəmiyyətli məsələlər kifayət qədər ölkədə çoxdur.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.