Texnologiya, ZZ-Manşet

Tayvanda “Computex 2014” sərgisi başlayır

140422_ctBu gün Tayvanda “Computex 2014” beynəlxalq kompüter sərgisinin açılış mərasimi baş tutacaq.

GSR.fm-in ictnews.az – a istinadən verdiyi xəbərə görə, ilk dəfə 1981-ci ildə keçirilən sərgi lokal tədbir kimi təşəkkül tapsa da, hazırda “Computex” Almaniyada keçirilən “CeBIT” sərgisindən sonra dünyanın ikinci ən iri informasiya texnologiyaları nailiyyətləri sərgisi, Asiyanın isə ən iri oxşar tədbiri hesab edilir. Kompüter sənayesi sahəsində əlamətdar hadisə olan tədbir uzun illərdir əksər şirkətlərin istehsal etdikləri qabaqcıl məhsullarının və uğurlarının ilk dəfə nümayişinə imkan yaradır.   

Bu dəfə sərgidə ümumilikdə 5400 pavilyonda təmsil olunan 1800-ə yaxın şirkət iştirak edəcək ki, bu da ötənilkindən bir qədər çoxdur. Təşkilatçılar dörd gün ərzində sərgiyə azı 130 min nəfərin tamaşa edəcəyini, sahə peşəkarlarının isə milyardlarla dollar məbləğində sazişlər imzalayacağını düşünürlər.

Qeyd edək ki, sərgi işini iyunun 7-dək davam etdirəcək.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.