Müsahibə, TEDxBakı, Z-Manset

“TEDx dünyaya yeni baxışlar gətirən tədbirdir”

aynure-piriyeva28 iyun tarixində “Muğam Center”də TEDxBakının növbəti “Yüklənmə” adlı tədbiri keçiriləcək.

Tədbirin spikerlərindən biri Aynurə Piriyeva GSR.fm-ə bildirib ki, çıxışında brendlər haqqında fərqli fikir təqdim etməyi düşünür: “TEDx bütün dünyaya yeni baxışlar gətirən tədbirdir. Çox sevinirəm ki, Azərbaycanda ildən-ilə keyfiyyəti yaxşılaşan  TEDx tədbirləri keçirilir. Bu il bu tədbirin bir hissəsi olmaq mənim üçün şərəfdir.

Öz həmkarlarımın fərqli düşüncələrini bizimlə bölüşəcəyini gözləyirəm. Konkret mövzum brendlər haqqındadır. Mən standart, hər birimizin bildiyi brendlərdən deyil, daha çox təbii brendlərdən danışacağam. İnsanların ağlına gəlməyən, lakin artıq brendə çevrilmiş insanlardan, cəmiyyətlərdən, dinlərdən danışacağam. Brend haqqında daha fərqli baxışı göstərmək istəyirəm. Standart düşüncədən kənara çıxıb, qeyri- standart, təbii brendlərdən gənclərə danışacağam”.

Qeyd edək ki, dəvətnamələri TEDxBakının rəsmi facebook səhifəsindəki nömrələrlə əlaqə saxlayaraq əldə etmək olar. Biletlərin dəyəri 20 manatdır.

GSR.fm və 724news.az TedxBakının rəsmi informasiya dəstəyidir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.