Müsahibə, ZZ-Manşet

“Tələbələr gündəlik rejimi dağınıq həyata keçirir”

tehsil-nazirliyi-570x315

Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması – “Unibook” təklif edilib. Bu barədə “Neuron Technologies” şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib. Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s imkan verir.

Bu  barədə GSR.fm-ə  müsahibə verən filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil  Sadiq bildirib ki, şagirdlərin məktəbdən sonrakı fəaliyyətini , dərs rejimini yönləndirən hər hansı bir portalın, elektron sistemin olacağı çox vacibdir:

“Orta məktəb şagirdlərinin və yaxud ali məktəb tələbələrinin dərsdən sonra fəaliyyətlərinin daha düzgün qurulması mövzusunda ölkəmizdə böyük ənənə başlayıb.  Gənclər evinin açılması, tələbələr üçün digər işlərin görülməsi buna nümunədir. Onların tərkibində çox geniş montaj studiyaları, elektron kitabxanalar, kompyuter mərkəzləri qurulub. Əsas məqsəd bunların düzgün və səmərəli istifadəsinə yönəlməlidir. Tələbələrin elektron kitabxanalara girişini təmin etmək və bu addımların artılmasında dövlətin verdiyi dəstəyi müəllimlər, təhsil müdirləri, direktorlar, təhsil nazirliyi xüsusi həyata keçirməlidir. Deyilən hər bir addım çox gözəldir, amma, bunun formal olaraq qalması ilə heçnəyə nail olmaq olmaz. Mən bunu alqışlayıram.  Bəzi məktəblər artıq bir neçə ildir ki, buna keçib. Azərbaycan tələbələrinin əksəriyyəti gündəlik rejimini çox pərakəndə, çox dağınıq formada həyata keçirir. 20 il bundan əvvəlki Azərbaycan tələbəsini Axundov kitabxanasına gedişi ilə indiki Azərbaycan tələbəsinin Axundov kitabxanasına gediş-gəliş arasında böyük bir fərq var. Bu o deməkdir ki, kitabxanalarla işlənilmir. Düzdür buna intenet, kompyüter, elektron kitabxanalar səbəb ola bilər. Amma elə kitablar var ki, onlar elektron kitabxanalarda yoxdur . Düşünürəm ki, tələbələri yönləndirə bilsələr, kampaniyalarını apara, sosial reklamını, mahiyyətini dərk etdirə bilsələr yaxşı təsir edəcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.