Şəkidə bir çox tərkedilmiş yerlər var. Tərkedilmiş bağçalar, atılmış qazanxanlar, atılmış tikililər və s. Mənə maraqlıdır görəsən bu yerlərdə nəsə yaratmaq olar mı? Misal üçün xarici ölkələrdə belə yerlər Graffiti sənətkarların məskəni olur. Ama görünür Şəkidə bu sənətlə maraqlananlar yoxdur. Olsa da bu yerlər haqqında məlumatları yoxdur.
İstərdim ki, bu atılmış binalar gözəlləşsin. Küçə sənətkarları o divarlara yeni nəfəs versin. Aşağıda sizə oralardan olan şəkillərimi təqdim edəcəm. Mən misal üçün bu yerləri öz fotoaparatımın məhsulu kimi seçdim. Bura klipmeykerlərin məkanı ola bilər. Filmmeykerlər də buralardan gözəl bəhrələnə bilər. Qısametrajlı filmlər çəkmək olar. İndi isə fotoların bir neçəsiylə tanış olun:
[maxgallery id=”128052″]
Hazırladı: Polad Rəsulzadə
1 şərh