Müsahibə, Texnologiya, ZZ-Manşet

“Tətbiqləri rəsmi saytdan qurmaq lazımdır”

android

“Android” əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan foto və videoları oğurlayır. “Symantec”in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.

Bununla bağlı İnformasia texnalogiyaları mütəxəssisi Amid Quliyev GSR.fm-ə müsahibə verib. Onun sözlərinə görə “Android” əməliyyat sistemi açıq qaynaqlı olduğuna görə, belə hallarla rastlaşmaq mümkündür:

“Tətbiqi (application)  telefona yerləşdirəndə səhifə açılır və orada qeyd olunur ki, telefonda hansı proqramlara (mesaj, qaleriya və.s) girib istifadə edəcək. Onu artıq siz görürsünüz. Əgər sizə uyğun deyilsə, təhlükə yaradacağını düşünürsünüzsə, yükləməli deyilsiniz. Hazırda yaranmış vəziyyətdə də çox güman ki, belə icazələr istəyib, istifadəçi də buna icazə verib. Beləliklə, tətbiqetmə onun videolarını oğurlayıb paylaşa bilir. Proses istifadəçinin razılığı ilə baş verdiyi üçün normaldı. Başqa yollarda mövcuddur ki, tətbiqlər istifadəçinin istəyi olmadan qurulur. Bunlar qeyri-leqal yollardır. Telefona əlavə tətbiqlər qurulur, bu hər hansı oyun kimi görünən tətbiqlər də ola bilər. Bu tətbiq özü arxa fonda digər təhlükəli tətbiqi qura bilər. Bunlar virus sayılır. Bunlardan qorunmaq istəyirsinizsə, tanımadığınız tətbiqləri qurmayın. Tətbiqləri rəsmi saytdan(android üçün play store) qurmaq lazımdır. Çünki “Play Store”-yə tətbiq yüklənəndə yoxlamadan keçirilir. “İOS” tətbiqlərindən fərqli olaraq “”Android” tətbiqlərini istənilən saytlardan yükləmək olar. Ona görə, virus yaradanlar bu xüsusiyyətlərdən istifadə edib qeyri-qanuni yollara əl atırlar. Bundan başqa Android üçün anti-virus proqramları da mövcuddur. Əvvəllər keyfiyyətli deyildi, indi isə az da olsa, kömək edir. Məsələn, fonda hər hansı xoşagəlməz proses gedirsə, onu təyin edib vaxtında xəbərdarlıq edir”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.