Sosial, ZZ-Manşet

Tiflisdə azərbaycanlılar işləyən bazar yanıb

pakrov-bazari33-570x360Tiflis şəhərində “8-ci polk” adlanan bazarın ərazisində yanğın baş verib.
Bazarda yerləşən boya sexində baş vermiş yanğını söndürmək üçün 18 yanğınsöndürən maşın cəlb edilib.

Hadisə nəticəsində 800 kv.m-lik ərazi yanıb. Yanğın 1 saat ərzində söndürülüb, xəsarət alan olmayıb. Yanğın nəticəsində Tiflis şəhər sakini Əlixan Quliyev, Bolnisi rayon sakinləri Ziyadxan Həsənov, Teymuraz Məmmədov, Pərviz Cəfərov və başqalarının mallarına ciddi ziyan dəyib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Tiflis Fövqəladə Hallar Xidməti Departamentinin rəisi Temur Giorqadze açıqlamasında bildirib ki, yanğın bazarın avtomobil ehtiyat hissələri satılan hissəsində baş verib. O qeyd edib ki, yanğın maşın yağları ilə dolu qutuların və aseton  şüşələrinin alışması nəticəsində baş verib.

“Yanğın nəticəsində bazarda ehtiyat hissələri satılan azərbaycanlıların dükanlarına ciddi ziyan dəyib”, – deyə o vurğulayıb.

Hələlik yanğının baş vermə səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.