Texnologiya, ZZ-Manşet

“Toshiba” prezidenti maliyyə qalmaqalına görə istefa verib

prezident_toshiba_300Yaponiyanın “Toshiba” korporasiyasının prezidenti Hisao Tanaka maliyyə fırıldaqçılığı ilə əlaqədar yaranan qalmaqla görə istefaya gedib.

GSR.fm-in ictnews-a istinadən verdiyi xəbərə görə, keçirilən auditor yoxlamasından məlum olub ki, şirkət son altı ildə maliyyə hesabatlılığını təhrif edərək rəqəmləri süni şəkildə şişirdib. Artırılmış rəqəmlər nəticəsində şirkət qeyd olunan müddətdə yalnız kağızda mövcud olan 152 milyard yen (1,2 milyard dollar) mədaxil əldə etdiyini açıqlayıb.

Bundan başqa, H.Tanaka ilə birlikdə şirkətin iki top-meneceri vəzifəsini tərk edir. İstefa ərizələri şirkətin Direktorlar Şurasının növbədənkənar iclasında təqdim edilib.

Şirkəti tərk edən menecerlər arasında “Toshiba”nın vitse-prezidenti Norio Sasaki də var. Onun istefasını Yaponiya iqtisadiyyat naziri Akira Amari şəxsən bəyan edib. Nazir həmçinin qeyd edib ki, N.Sasaki bütün hökumət komissiyalarında tutduğu vəzifələri də tərk edəcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.