İsti yay günləri yaxınlaşdıqca hər kəs istirahət haqqında düşünməyə başlayır. Bəs görəsən şəhər sakinləri harada istirahət etməyi planlaşdırırlar?
Bodrumda. Ora yaxşıdır da . Azərbaycan bahaçılıqdır ona görə.
Azərbaycanda ancaq Nabrana gedirəm. Qiymətlər çox baha olduğuna görə Türkiyəyə üstünlük verirəm. Çünki Nabranda bir həftə qalmaq Türkyədə gedib Antaliyada bir həftə qalmaqdan baha başa gəlir. Xidmət də ondan qat – qat aşağı. Ona görə Türkiyəyə üstünlük veririk.
Azərbaycanın özünün gözəl yerləri var. Məsələn Nabran zonası, Qusardı, Qəbəldi, Zaqatala, Şəkidi. Mən özüm Masallı, Lənkəran zonasındanam. Lerikdə elə yerlər var ki, gedənlər çox razı çıxış edirlər, qayıdanda da tərifləyirlər. Antaliyadır, Dubaydır onlar bizdən heç baha da deyil.
Türkiyədə. Çünki qiymətlər münasibdir. Otel qiymətləri və xidmət keyfiyyət səviyyəsi yüksək olduğu üçün oranı düşünürəm.
Başqa ölkəyə getmək bir az baha başa gəlir. Ona görə rayonda daha da yaxşı olar və yaxud uzaqbaşı Bakıda elə dənizə getmək istirahət kimi bir şeydir.
Planda Zaqatala, Batumi. Zaqatalaya çox olar Batumiyə az. Batumidə təxmini bir nəfər üçün 500 olar.
Turizm meneceri Talıb Talıbovun sözlərinə görə bu il Qəbələdə beş ulduzlu oteldə səhər yeməyi daxil iki nəfərlik istirahət 115 manat, Qaxda 120 manat, Gürcüstanda isə 195 manatdır. Talıb bəy ən sərfəli qiymətləri və xidməti Türkiyə otellərinin təklif etdiyini bildirir. Belə ki, Antaliyanın 5 ulduzlu otellərində “hər şey daxil” paketi ilə 2 nəfərlik istirahət 180 dollardan başlayır.
Talıb Talıbov
Hal – hazırda bir az düşmə hiss olunur başqa vaxtlara baxanda. Qəbələ, Qaxdakı, Lerikdəki otellərimiz nisbətən bir az aşağı qiymətlər verirlər son zamanlar. Ancaq ona baxmayaraq Türkiyə ilə müqayisə eliyəndə sözsüz ki, Türkiyənin otelləri daha ucuzdur bizimkilərdən. Bizdə səhər yeməyi daxil qiymət onların “hər şey daxil” qiyməti ilə eynidir.
Adının çəkilməsini istəməyən turizm eksperti deyir ki, istirahət üçün Azərbaycana gələn turistlərlə, Azərbaycandan gedən turistlərin sayında böyük fərq var. Bunu qiymət amili ilə əlaqələndirən ekspert qeyd edir ki, turizm obyektlərini baha qiymətə icarəyə verilməsi turizm xidmətlərinin də baha olmasına səbəb olur.
Ekspert:
Turizm bazarında açıq rəqabət yoxdur. Açıq rəqabətin olmaması qiymətlərin yüksək olmasına, bu da bölgədə olan ölklərdən bizim geri qalmağımıza səbəb olur. Bizdə qiymət siyasəti həddən artıq yüksəkdir. Onun da əsas səbəbi monopoliyanın olmasıdır. Bu ümumi şəkildə yəni başdan qaynaqlanan bir prossesdir. Kütləvi turizimin inkşafı üçün, bunu Turizm nazirliyi daha çox fikirləşməlidir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmbətovun sözlərinə görə, qiymətlərə nazirlik tərəfindən nəzarət olunmur.
İntiqam Hümmbətov:
Turizm özəl sahədir. Yəni sahibkarlar, iş adamları bu işlə məşğul olurar. Dövlət burda qiymət siyasətinə müdaxilə etmir. Bizim nazirliyin mövqeyi, yəni əsas işi ölkəyə turizm üçün münbit şərait yaratması, turistlər üçün mühitin yaxşılaşdırılmasıdır. Bunu üçün bizim həm bölgələrimizdə, həm də paytaxtımızdakı məkanlarda normal şəraitlər olmalıdır. Xidmət və qiymət bir – birini tamalamalıdır.
Turizm sektorundan hər il dövlət büdcəsinə orta hesabla 300 milyon manat vəsait daxil olduğunu bildirən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə turizimin daha da inkşaf etdirilməsi büdcəyə əlavə gəlirlərin daxil olmasına səbəb olacaq. Bunun üçün isə dövlətin dəstəyi lazımdır.
Vüqar Bayramov :
Turizm sektorunun qiymətlərinin aşağı salınması üçün vergi güzəştlərinin tətbiq edilməsinə, subsidiyaların verilməsinə ehtiyac var. Mərkəzi – şərqi Avropa ölkələrində ƏDV (Əlavə Dəyər Vergisi) turizm şirkətləri üçün daha aşağı müəyyənləşdirilir. Bu da imkan verir ki, turizm şirkətləri xərcin az olduğu üçün və xərcin də az olması da qiymətlərin aşağı salınmasına gətirib çıxarır. Subsidiyalar turizm şirkətlərinə imkan verəcək ki, qiymətlərin aşağı düşməsinə nail ola bilsin. O baxımdan dövlətin dəstəyinin artırılması vacibdir və dövlətin dəstəyinin artırılması qiymətlərin birbaşa tənzimlənməsinə imkan yarada bilər.
always collection [url=http://viacheapusa.com/#]walmart generic viagra
100mg price[/url] absolutely fail clearly discount viagra
on-line no prec direct note walmart generic viagra 100mg price
rarely dare http://viacheapusa.com/