Müsahibə, Sosial, ZZ-Manşet

“Türkiyə prezidentini qarşılayanlar ermənilər olub”

azer-hesret“Ermənilər hər il bu vaxt aprel hadisələri ərəfəsində bütün dünyada hay-həşir salırlar ki, guya soyqırıma məruz qalıblar. Onlar bunu tarixi faktları təhrif edərək dünyaya çatdırmağa çalışırlar”

Bu sözləri GSR.fm-ə müsahibəsində siyasi ekspert Azər Həsrət səsləndirib:

“Mən həmişə onların cavabının tarixi faktlarla verilməsinin tərəfdarıyam. Məsələn, 1953-cü ildə Türkiyənin prezidenti Cəlal Bayar ABŞ-a səfər edən zaman orada onu qarşılayanlar ermənilər olub. Orada yaşayan ermənilər “bu bizim dövlətimizin prezidentidir” deyib, qarşılayıblar. O zamanlar soyqırım söhbəti yox idi. Sonrakı illərdə, müəyyən dairələr məqsədli şəkildə bu məsələni ortaya atıb. Burada, əslində, ermənilərin özlərindən də istifadə olunur. Bu bir anti-türk təbliğatı kimi istifadə olunur. Ermənilər hələ də anlamaq istəmirlər ki, onlar böyük güclərin əlində təbliğat vasitəsinə çevriliblər. Bu vasitəyə çevrilmə də ermənilərə baha başa gəlir”.

O, həmçinin,qondarma soyqırım ərəfəsində cəbhədə hansısa bir təxribat olub-olmayacağına da münasibət bildirib:

“Ermənilər, adətən, bəyan edirlər ki, biz qisas alacağıq, türkləri öldürəcəyik. Burada təbii ki, yalnız Türkiyə deyil, Azərbaycan da nəzərdə tutulur. Nəzərə alsaq ki, aprelin əvvəlində Azərbaycan ordusu ermənilərin burnunu yetərincə ovdu, düşünürəm ki, bu dəfə onlar o qədər də təxribat törətməyə cürət etməyəcəklər”.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.