Müsahibə, Sosial, ZZ-Manşet

“Türkiyədə qarışıqlıq yaratmaq bir çoxlarına sərf edir”

aer1Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu isə bildirib ki, Anakrada baş verən terror aktı nəticəsində hadisə yerində 30 nəfər həlak olub. Daha 4 nəfər isə xəstəxanaya çatdırlarkən yolda dünyasını dəyişib.

Baş vermiş partlayışla bağlı fikirlərini GSR.fm-lə təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev bölüşüb:

“Təbii ki, bu, təsadüf olmaya da bilər. Son ayda ikinci terror aktı törədilir, özü də Ankaranın mərkəzində, daha doğrusu dövlət qurumlarının, idarələrinin olduğu ərazidə. Bundan başqa, dəst-xətt də eynidir. Bu, avtomobili insanlarla dolu olan avtobusa çırpmaq vasitəsilə törədilən ikinci terror hadisəsidir. Məlumdur ki, Türkiyə bu gün ağır siyasi bir dövr yaşayır. Rusiya ilə gərginlik pik nöqtəsinə çatıb, Suriya ilə həmsərhəd ərazilərdə terror təşkilatları ilə mübarizə, daha doğrusu hərbi əməliyyatlar davam edir. Diyarbəkirdə PKK terrorçularına qarşı hərbi əməliyyatlar aparılır. Bundan başqa, Avropa İttifaqı ilə miqrant məsələlərinin həlli məhz Türkiyəyə həvalə edilib və bunun müqabilində küllü miqdarda vəsait ayrılmasından söhbət gedir. Yəni bütün bu faktorlara nəzər salanda görünür ki, Türkiyədə qarışıqlıq yaratmaq bir çox qurumlara, o cümlədən PKK -ya və onun havadarlarına, maraqlı dövlətlərin xüsusi-xidmət orqanlarına sərf edir.

Ekspert Ərdoğanın Azərbaycana səfərindən əvvəl belə bir hadisənin baş verməsini də şərh edib:

“Cənab Ərdoğanın Bakıya səfəri ilə bağlı isə onu demək olar ki, ilk səfərin planlaşdırılmasından cəmi 26 gün keçib və bu səfərdə Azərbaycanın Rusiya və Türkiyə arasında vasitəçi olmaq niyyətini də ortaya qoyacağı istisna deyildi. Bunun da təbii ki, əksinə olan və bunu istəməyən qüvvələr var. Yəni bu məsələdə ilkin versiyalar həm bir sıra maraqlı dövlətlərin xüsusi xidmət orqanlarını, həm də PKK və onun qanadlarının iştirakı ehtimalını yada salır”.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.